Sığorta bazarı: İnam artır
27.04.2022 [10:09]
Sığorta bütün zamanların icbari reallığıdır
Mübariz ABDULLAYEV
Yeni növ koronavirus pademiyasının pik mərhələsindən sonra 2021-ci ildə Azərbaycan iqtisadiyyatında bərpa prosesi başladı və ayrı-ayrı sahələrdə artımlar müşahidə olundu. Bunu, həmçinin ölkənin sığorta bazarında da izləmək mümkündür.
Sığorta bazarında rekord nəticə
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev “Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq bildirib ki, 2021-ci il sığorta sektoru üçün çox uğurlu və səmərəli bir il kimi yadda qalıb. “2020-ci ili pandemiyanın sərt qaydalarına baxmayaraq, uğurla, artım dinamikası ilə başa vurmuşduq. Lakin 2021-ci ilin ilk 3 ayında yığımlarda cüzi volatillik müşahidə edildi. Biz bilirdik ki, bu, müvəqqəti dalğalanmadır. Proqnozlarımız özünü doğrultdu və növbəti aylar üzrə yığımlarda artım sistematik olaraq təmin edildi. İl ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) birbaşa nəzarəti ilə sığorta sektorunun müxtəlif qollarında təkmilləşdirmə işləri aparıldı. Elektronlaşma yönündə funksional addımlar atıldı”, - deyə Elmar Mirsalayev vurğulayıb.
Qurum rəsmisi “2021-ci ilin yekun sığorta icmalını necə qiymətləndirirsiniz?” sualına belə cavab verib: “2021-ci ilin yekun sığorta icmalında yer alan rəqəmlər əhəmiyyətli dərəcədə sevindirici və ümidvericidir. Belə ki, əldə olunan nəticələrə görə, ötən il ərzində 843.8 milyon manat sığorta haqqı təmin olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə məbləğ etibarilə 115.2 milyon manat, faiz etibarilə isə 16% çoxdur. Bu, sığorta bazarında rekord nəticəsinin yenilənməsi idi”.
Könüllü sığorta növlərinə artan maraq
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru respublikamızda könüllü sığorta növlərinə marağın artmasına diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən qurum rəsmisi bildirib: “Müvafiq dövr ərzində təmin olunmuş yığımlarda icbari növlərlə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb. Daha dəqiq rəqəmlərlə ifadə etsək, 2021-ci il ərzində təmin olunmuş 843.8 milyon manatlıq yığımlarda icbari sığorta növlərindən daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və istehsalatda bədbəxt hadisələrdən icbari sığortası növləri əsas paya malikdir. İllik göstəricilərdə aktiv rol oynayan könüllü sığorta növləri sırasında isə həyatın yaşam sığortasını, könüllü tibbi sığortanı, o cümlədən KASKO sığortanı və kreditlərin sığortası növlərini nümunə kimi göstərə bilərik”.
Əhalidə sığortaya marağın artırılması
Bu gün ölkə əhalisində sığortaya marağın artırılması ən vacib məsələlərdən biridir. Təəssüflə vurğulamaq istərdik ki, respublikamızda insanlar hələ də “müxtəlif bədbəxt hadisələrin fəsadlarını mütləq dövlət aradan qaldırmalıdır” təsəvvürlərindən uzaqlaşa bilmirlər. Dünyanın qabaqcıl ölkələrində bu missiyanı məhz sığorta şirkətləri həyata keçirirlər. Biz də məhz bu yolla getməliyik. Əhalinin maarifləndirilməsi və sığorta savadlılığının artırılması istiqamətində görülən işlərdən danışan Elmar Mirsalayev bildirib: “Mən bu istiqamətdə görülən işlər sırasında ən böyük layihə olaraq 3 qurum arasında - Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ümumrespublika səviyyəsində təşkil olunmuş təbliğat və təşviqat layihəsini qeyd etmək istəyirəm. Bu layihə 3 illik dövr üçün nəzərdə tutulub və ilk mərhələ 2021-ci ildə uğurla yekunlaşdı. Layihə çərçivəsində ötən il Memorandum tərəfləri ilə birlikdə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri aktiv fəaliyyət sərgilədilər və ümumrespublika səviyyəsində bütün vasitələrlə sığorta təbliğatı təşkil olundu. Bəhs olunan layihə çərçivəsində ilk mərhələ əhalidə risklərlə bağlı təsəvvürlərin formalaşdırılmasına, risklərin qaçılmaz olduğuna dair çağırışlara, risk müxtəlifliyinin geniş izahına həsr olunmuşdu. Hesab edirəm ki, bu müddət ərzində vətəndaşlar riskləri daha dərindən dərk edərək onların qaçılmaz olduğunu bir daha qəbul etdilər. Cari ilin əvvəlindən bəri təmin olunmuş yığımların ötən ilin eyni dövrü ilə müqayisədə 16% artması o deməkdir ki, əhalidə sığorta təsəvvürləri artıb, insanlar sığortanın həyati əhəmiyyətli məsələ olduğunu, onun əhəmiyyətini başa düşürlər”.
Elmar Mirsalayev uğurlarla yanaşı, bu gün respublikamızda sığortaya marağın arzuedilən səviyyədə olmadığına da diqqət çəkib. “Hesab edirəm ki, bu, vətəndaşların mühafizəkarlığı və məlumatsızlığı ilə bağlı olan məsələdir. Bu və bu kimi digər neqativ amillərin aradan qaldırılması üçün həyata keçirdiyimiz maarifləndirmə layihəsinin əhalidə sığorta vərdişlərini tədricən və mərhələli şəkildə formalaşdıracağına tam əminəm”.
Bütün zamanların icbari reallığı
Elmar Mirsalayev 2022-ci ildə və sonrakı mərhələdə respublikamızda bazar aktivliyinin artacağına əminliyini ifadə edib. Bununla bağlı fikirlərini diqqətə çatdıran qurum rəsmisi vurğulayıb: “Sığorta icması olaraq 2022-ci ildən gözləntilərimiz böyükdür. Bu gün ölkəmizdə tətbiq edilən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə əhatəlilik səviyyəsi 100%-dir. Hətta bu sığorta nəticəsinə görə, Azərbaycan regionda lider ölkədir. Hədəf və gözləntimiz o yöndədir ki, digər icbari və könüllü sığorta növləri üzrə də penetrasiya faizini yüksəldək. Bu, mümkündür, çünki hər bir sığorta növünün inkişaf potensialı böyükdür.
Növbəti gözləntimiz və hədəfimiz isə sığorta sektorunun Ümum Daxili Məhsuldakı (ÜDM) payının yüksəldilməsi ilə bağlıdır. Sığorta sektoru hər bir ölkədə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın lokomotivlərindəndir.
Digər əsas hədəflərimizdən biri də əhalidə sığortaya olan marağın tədricən yox, sürətlə formalaşması yönündədir. Çünki sığorta bütün zamanların icbari reallığıdır.
Proqnozlarımıza gəldikdə isə, 2022-ci ildə yığımlarda ciddi və davamlı volatillik ehtimal edilmir. Artım dinamikasının cari il ərzində də davam edəcəyini gözləyirik. Həyata keçirilən böyükmiqyaslı layihələr, əhalinin sığorta xidmətlərinə olan marağının tədricən artması, sığorta sektorunda mütəmadi olaraq həyata keçirilən təkmilləşdirmə və stimullaşdırma tədbirləri optimist proqnoza əsas verir”.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42

