Küləkdən elektrik enerjisinə doğru
27.04.2022 [10:12]
Mübariz ABDULLAYEV
Harada daha çox külək əsir? Avstraliya dünyada küləklər ölkəsi kimi tanınır. Yer kürəsində ən güclü külək əsməsi hadisəsi 1996-cı il aprelin 10-da Avstraliyanın şimal-qərb sahillərindəki kiçik Barrou adasında Oliviya qasırğası zamanı qeydə alınıb. Həmin vaxt adada küləyin sürəti saniyədə 113 metrə (408 km/saat) çatıb.
Küləyin intensivliyinə görə dünya üzrə Avstraliyadan sonrakı yeri isə Azərbaycan bölüşür. Paytaxtımız Bakıda, bütövlükdə Abşeron yarımadasında, respublikanın ayrı-ayrı bölgələində küləkli günlərin sayı kifayət qədər çoxdur.
Qiymətli sərvət
Beləliklə, Xəzər sahillərində qərar tutan məkan olaraq Azərbaycan sakinlərinin həyatında küləyin xüsusi yeri var.
Külək barədə tamam fərqli rakursdan söhbət açmaq istəyirik - küləyin həm də elektrik enerjisi mənbəyi olması barədə. Sən demə, təbiət hadisəsi olan külək həm də böyük bir sərvət imiş. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dir. Bundan başqa, 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Laçın və Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti 7-8 m/s təşkil edir. Bütün bunlar respublikamızda külək enerjisindən istifadə imkanlarının geniş olduğunu göstərir.
Atılan addımlar
Respublikamızda külək və ənənəvi olmayan digər mənbələrdən elektrik enerjisi alınması istiqamətində inamlı addımlar atıldığını söyləmək mümkündür. Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün təxminən, 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır. O cümlədən Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı investorların diqqətini cəlb edib. Xarici investorlar da respublikamızda bərpa olunan enerji stansiyalarının tikintisinə sərmayələr yönəltmək niyyətlərini ifadə edirlər. Bu sırada Azərbaycana dost olan Səudiyyə Ərəbistanının şirkətləri xüsusi fəallıq göstərirlər. 2022-ci ilin yanvar ayında bu ölkənin “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bütünlüklə xarici investisiya hesabına inşa olunacaq bu stansiyanın gücü 240 meqavata bərabərdir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq.
Yeni külək elektrik stansiyalarının inşası, həmçinin Laçın və Kəlbəcər rayonlarında planlaşdırılır. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb. Məlumatda vurğulanır ki, işğaldan azad edilmiş ərazilərdə külək enerji potensialından səmərəli istifadə edilməsi üçün enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanması planlaşdırılır. Bundan başqa, layihə çərçivəsində bu sahədə beynəlxalq təcrübənin və elektrik enerjisinə tələbin öyrənilməsi də nəzərdə tutulur
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

