Dollar bahalaşdı
17.06.2022 [10:16]
Manatın aqibəti necə olacaq?
MÜBARİZ
Dünyanın ayrı-ayrı bölgələrində müşahidə edilən gərginliklər, ələlxüsus da Rusiya-Ukrayna müharibəsi fonunda birjalarda enerji daşıyıcılarının qiymətlərinin kəskin artması, istehsal-təchizat-satış zəncirindəki qırılmalar, daşımalarda yaranan çətinliklər lakumus kağızı kimi qlobal iqtisadiyyatda əks olunur. O cümlədən beynəlxalq maliyyə sisteminə inam zədələnib. Getdikcə artan təhdidlərin daha böyük fəsadlara yol açacağı istisna edilmir. Müşahidə edilən mənfi proseslərdən biri də ayrı-ayrı ölkələrdə milli valyutaların, eləcə də avronun dəyər itirməsidir. Belə qənaət hasil olur ki, hazırda məzənnə-pul siyasəti qlobal güc mərkəzləri tərəfindən rəqiblərə qarşı tətbiq olunan ən populyar siyasi təzyiq vasitələrindən birinə çevrilib.
FED dolların uçot dərəcəsini daha 75 baza bəndi artırıb
Deyilənlər kontekstində ABŞ dollarının kursunun dəyişməsi böyük diqqətlə izlənilir ki, bu da təsadüfi deyil. Hazırda dollar bütün dünya üzrə ölkələr və transmilli şirkətlər arasında əsas tədavül vasitəsi kimi istifadə olunur. Son illərdə Çin, İran, Rusiya, Türkiyə kimi ölkələr ABŞ valyutasının əvəzlənməsinə və əsas tədavül vasitəsi kimi sıradan çıxardılmasına müxtəlif cəhdlər göstərsələr də, hələlik göy əskinasların qlobal maliyyə sistemində hegemonluğuna son qoymaq mümkün olmayıb. Əksinə, dünyada gərginliklər artdıqca dollara inam da möhkəmlənir. Bundan istifadə edən FED isə dolların bahalaşdırılması siyasətini səngitmir, prosesləri bir qədər də irəli aparmağa çalışır. Əlbəttə, FED-in qərarlarına xarici amillərlə yanaşı, ölkə daxilindəki vəziyyət də az təsir göstərmir. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında FED-in uçot dərəcəsini növbəti dəfə artırmasına münasibət bildirərək vurğulayıb. “Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən yüksək artımdır. FED-in rəhbəri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib. İnflyasiyasinı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görsənir. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artırılaraq 3.4 faizə çatdırılacağını bildirirlər”.
“Bəs FED-in dolları bahalaşdırmaq siyasətinin motivləri nə ilə bağlıdır” sualımıza Milli Məclisin deputatı belə cavab verdi: “FED bu il 2 faizlik inflyasiya hədəfləsə də, apreldə 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək yüksəlib. Bu, son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlarda ÜDM-də artım 2.8% proqnoza qarşı, cəmi 1.7 faiz olub. Bütün bunlar qurumu kəskin dərəcə artımlarına getməyə məcbur edib.
Vüqar Bayramovun fikirlərinə görə, hər dəfə dolların bahalaşması öz təsirlərini çox gözlətmir və hazırda da oxşar proseslər müşahidə edilməkdədir. “FED uçot stavkasını artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılanda birjalar buna reaksiya verdilər. Təbii ki, ən çox verilən sual ənənəvi idi: Dünya bazarında dollar kəskin bahalaşacaqmı?
Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Manata təsirlər
Belə mənfi xarici təsirlərin artdığı bir şəraitdə respublikamızda təbii olaraq manatın aqibəti ilə bağlı narahatlıqlar yaranıb. Xatırladaq ki, respublikamızda hələ bir neçə il bundan əvvəl üzən məzənnə rejiminə keçildiyi bəyan edilib. Bununla belə, hələlik bir sıra amillər, o cümlədən də dövlətin sosial siyasəti nəzərə alınmaqla üzən məzənnə rejimi sərbəst şəkildə tətbiq olunmur və milli valyutamızın kursu stabil saxlanılır. Bəs dolların yenidən bahalaşmasından sonra manata hansı təsirlər gözlənilir? İndi hamını narahat edən sualı cavablandıran Vüqar Bayramov vurğulayıb: “Manatın məzənnəsinə gəldikdə isə, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi məhz Neft Fondu tərəfindən ödənilir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də manatın kursuna təsir göstərmək ehtimalı yüksək olan iqtisadi faktorlar sırasında yer alır. Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi də birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

