OPEC neft hasilatını azaldacaqmı?
12.08.2022 [10:27]
MÜBARİZ
Son vaxtlarda dünyada elə proseslər cərəyan edir ki, hətta ən nikbin proqnozları belə tez-tez yeniləmək lazım gəlir. Qlobal əhəmiyyətli hadisələrin sürətli axarı fonunda trendlər dəyişir, qarşıya yeni çağırışlar çıxır. Bütün bunlar isə son nəticədə qlobal iqtisadiyyatda öz izlərini buraxır. Bu baxımdan KİV-də Neft İxrac Edən Ölkələr Təşkilatının - OPEC-in hasilat həcmlərini azaldacağı ilə bağlı proqnozların gündəmə gətirilməsi də diqqət çəkir.
Neft hasilatı üzrə bədbin proqnozlar
OPEC-in hasilatı azaldacağı ilə bağlı proqnozu ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) verib. Qurum Neft İxrac Edən Ölkələr Təşkilatının 2022-2023-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb. EİA-nın aylıq hesabatında verilən məlumata görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 29,04 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,31 mln. barel azdır. Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,47 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,21 mln. barel aşağı rəqəmdir. Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə eyni göstərici 29,27 mln. barelə bərabər idi.
EİA-nın məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn ildə də çata bilməyəcək.
Qlobal iqtisadiyyatda kiçilmə meyli
Analitiklər EİA-nın OPEC-in hasilatı azaldacağına dair proqnozlar verməsini qlobal iqtisadiyyata təzyiqlərin artması ilə bağlı olduğunu bildirirlər. Belə təzyiqlər yalnız iqtisadi xarakterli deyil. İndi hər kəs təsdiqləyir ki, siyasi proseslər və yeni növ koronavirus pandemiyası son illərdə qlobal iqtisadiyyatda əsas yönverici amillər qismində çıxış ediblər. Pandemiyanın pik vaxtlarında ölkələr sərt qapanma tədbirlərinə əl atdılar. Bu da dünya üzrə iqtisadi aktivliyin aşağı düşməsinə, əmək bazarının kiçilməsinə, mal və xidmətlərin ixracının məhdudlaşmasına, daşıma-çatdırma zəncirinin qırılmasına gətirib çıxartdı. Pandemiyanın müəyyən qədər səngidiyi mərhələdə isə Rusiya-Ukrayna müharibəsi başladı. Müharibə qlobal iqtisadiyyata böhranın daha güclü dalğasını gətirib.
Baş verənlər fonunda qlobal iqtisadiyyatda kiçilmə, digər böhran meyilləri qaçılmazdır. Təsadüfi deyildir ki, nüfuzlu beynəlxalq maliyyə qurumları, reytinq agentlikləri bütün dünya ölkələrində iqtisadi inkişafla bağlı əvvəlki nikbin proqnozları mənfiyə doğru dəyişiblər. Dünya Bankı bir qədər bundan əvvəl yaydığı hesabatında bildirib ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması nəticəsində 2023 və 2024-cü illərdə cəmi 3 faiz civarında olacaq. Qurum ABŞ-da artımın keçən il 5,7 faiz təşkil etməsinə baxmayaraq, bu il yalnız 2,5 faiz olacağını vurğulayıb. Bankın proqnozuna görə, Avropada da keçənilki 5,4 faizlik artımla müqayisədə bu il cəmi 2,5 faiz artım gözlənilir. Dünya nəhəngi Çində isə bu il 4,3 faizlik artım gözlənilir ki, bu da keçənilki 8,1 faizlə müqayisədə daha aşağı göstəricidir.
Dünya Bankının rəyinə əsasən, sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatı ilə sıx münasibətlərdə olan Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qurum hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağını, Mərkəzi Asiyada 2,4 faizə, Cənubi Qafqazda isə 3,4 faizə enəcəyini proqnozlaşdırır.
Dünya Bankının prezidenti Devid Malpas vurğulayıb ki, dünyanın yaşadığı böhran qısamüddətli deyil. “Microsoft”un qurucusu Bill Qeyts isə Bloomberg-ə verdiyi şərhdə Ukraynadakı hərbi əməliyyatlar səbəbindən qlobal iqtisadiyyatın ləngidiyi barədə xəbərdarlıq edib. O, bir sıra aparıcı iqtisadiyyatlara malik ölkələrin müharibə və sanksiyaların yaratdığı problemlər fonunda baş alıb gedən inflyasiyanın azaldılması üçün yenidən maliyyələşdirmə məqsədilə uçot dərəcəsini artırmaq kimi məcburi gedişlərə əl atdıqlarını diqqətə çatdırıb. Bu isə istər-istəməz borc vəsaitlərinin bahalaşmasına səbəb olur, eyni zamanda, investisiya və biznes fəallığını ləngitmək üçün siqnal rolunu oynayır. Qeyts hesab edir ki, dövlət borcunun çox yüksək səviyyəsi, eləcə də tədarük zəncirlərində davam edən problemlər fonunda iqtisadi artım da yavaşıyır.
Ekspertlər o qənaətdədirlər ki, OPEC-in hasilatı azaldacağı ilə bağlı proqnozlar da qlobal iqtisadiyyatda mənfi gözlətilərlə bağlıdır. Qlobal iqtisadiyyatın kiçiləcəyi təqdirdə neftə tələbatın azalması da qaçılmaz olacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

