OPEC-in qlobal enerji bazarında artan rolu
16.09.2022 [11:01]
MÜBARİZ
Hazırda qlobal miqyasda artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyinin bir sıra ölkələr üçün həyati əhəmiyyətli məsələyə çevrildiyi bir vaxtda müxtəlif sferalarda OPEC-in (Neft ixrac Edən Ölkələr Təşkilat - The Organization of the Petroleum Exporting Countries) adının tez-tez çəkildiyinin şahidi oluruq ki, bu da təsadüfi deyildir. Qlobal enerji bazarında volatillik böyük dərəcədə bu qurumda qəbul olunan qərarlardan asılıdır. Bəs OPEC nə vaxt yaradılıb və onun funksiyalarına nə daxildir?
Tarixə qısa ekskurs
Neft İxrac Edən Ölkələr Təşkilatının əsası 1960-cı ilin payız günlərində qoyulub. Həmin il sentyabr ayının 10-14 də Bağdadda böyük neft resurslarına malik bir sıra ölkələrin təmsilçilərinin iştirakı ilə konfrans baş tutub. Elə həmin konfransda da OPEC-in yaradılması ilə bağlı qərar dəstəklənib. İlkin mərhələdə İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Sonradan siyahı böyüyüb. Belə ki, Qətər (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) OPEC-də təmsil olunub. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela). Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir.
Qurumun həm də OPEC+ formatı fəaliyyət göstərir. Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla OPEC+ formatında sıx əməkdaşlıq edir.
OPEC-in tənzimləyici missiyası
Bəs zəngin neft resurslarına malik olan ölkələrin bir çətir altına yığılması hansı amillərlə şərtlənir? Burada iqtisadi və siyasi amillər yer alır. Neft ilk baxışdan sırf iqtisadi kateqoriyaya aid olan məhsuldur. Bir sıra sahələrdə geniş istifadə olunan bu əmtəə güclü enerji mənbəyi qismində çıxış edir. Uzun illər boyunca iqtisadiyyatda neftin əvəz edilməsi ilə bağlı müzakirələr aparılsa da, hələlik buna nail olunmayıb və “qara qızıl” indiyədək iqtisadi sferada dominantlığını qorumaqdadır. Lakin tarixə nəzər saldıqda görürük ki, neft hər zaman həm də istehsalçıların və istehlakçıların bir-birilərinə siyasi təzyiq göstərmələri üçün mühüm alətlərdən biri kimi istifadə olunub. Tendensiya bu gün də qalmaqdadır. Supergüc dövlətlər müəyyən manipulyasiyalar etməklə qlobal bazarlarda neft və neft məhsullarının qiymətlərini özlərinin siyasi və iqtisadi maraqlarına uyğun şəkildə idarə etməyə nail olurlar. Hətta bir sıra hallarda həmin supergüc mərkəzlərin neft ticarətindən qazancının ixracatçı ölkələrin gəlirlərini üstələdiyi də məlumdur. Bu, necə deyərlər, göz görəsi ədalətsizlikdir. Elə OPEC-in yaradılmasında əsas məqsədlərdən biri də bu kimi halların qarşısının alınması olub. Qurumun əsas missiyası dünya bazarında “qara qızıl”ın qiymətinin tənzimlənməsi, neft bazarında tarazlığın qorunmasıdır. OPEC öz qərarları və üzv ölkələr üçün müəyyənləşdirdiyi kvotalarla enerji məhsulları bazarında neftə olan tələb və təklif arasında balansı uzlaşdırmağa çalışır və buna müəyyən dərəcədə nail olur.
Azərbaycanın OPEC-lə əməkdaşlığı
OPEC+ formatında təmsil olunan respublikamızın qurumla əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Həmin vaxtdan etibarən respublikamız qlobal enerji dialoqunun fəal iştirakçısına çevrilib. Ölkəmiz OPEC-in neft bazarında tələb-təklif balansının qorunmasına hesablanan qərarlarını müntəzəm qaydada yerinə yetirir.
Birmənalı qarşılanmayan qərarlar
Heç də bütün bazar iştirakçıları OPEC-in qərarlarını həmişə dəstəkləmirlər. Məsələn, bir qədər bundan əvvəl qlobal enerji bazarında yaşanan gərginliklər fonunda beynəlxalq birliyin nəzərləri Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasına dikilmişdi. Ümid edilirdi ki, dünyanın iri neft istehsalçılarını öz ətrafında birləşdirən qurum sözügedən iclasda dünyadakı məlum gərginliklər fonunda enerji daşıyıcılarına artan təlabatı nəzərə almaqla adekvat qərar qəbul edəcək. Hətta ayrı-ayrı ölkələr, o cümlədən də ABŞ bu xüsusda OPEC-ə xahiş də ünvanlamışdı. Ancaq avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Hayta Al-Qaisin (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilən iclasda gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərar çıxardıldı.
OPEC-in bu qərarı qlobal bazar iştirakçılarında, yumşaq desək, şok effekti yaradıb. Bu da onunla bağlıdır ki, hazırda qlobal enerji bazarında neft və neft məhsullarının ticarətində tələb təklifi üstələyir ki, bu da artan qiymətlər deməkdir. OPEC isə yaranan reallıqlar fonunda ünvanına yönələn ittihamları qəbul etməkdən uzaq görünür. Qurum öz siyasətində əsaslandırmaların obyektiv olduğunu bildirir. OPEC, eyni zamanda, Qərbin geniş koalisiyasının sərt sanksiyaları altında olan Rusiya ilə əlaqələrə xitam verilməsi çağırışlarını da rədd edir. Təşkilatın yeni baş katibinin Küveytin “Al Rai” qəzetinə müsahibəsində bildirib ki, Rusiya ilə OPEC+ formatında əməkdaşlıq və Moskvanın bu alyansa üzvlüyü qlobal neft bazarında sabitlik baxımından zəruridir. OPEC-in baş katibi rəhbərlik etdiyi təşkilatın dünyanın enerji xəritəsində mühüm və vacib aktor olan Rusiya ilə rəqabət aparmadığını diqqətə çatdırıb. OPEC rəsmisi Rusiyanın qlobal enerji bazarındakı mühüm rolunu yada salmağı da unutmayıb. Bildirilir ki, Rusiya 2021-ci ildə gündəlik 10,8 milyon barel hasilata malik olub. Təşkilatın proqnozlarına görə bu həcm 2022-ci ildə gündəlik 0,17 milyon barel aşağı düşəcək, növbəti ildə isə bu göstərici 0,2 milyon barelədək artacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29

