Ev alqı-satqısında beh verərkən...
30.09.2022 [10:16]
Problemlərə son qoyulacaq
Nicat Dilqəmli
Ev alqı-satqısında vətəndaşların üzləşdiyi problemlərdən biri də behin verilməsindən sonrakı prosesdə yaranan anlaşılmazlıqlardır. Bildiyimiz kimi, ev almaq istəyən şəxslər tərəfindən həmin evin sahibinə və ya vasitəçiyə müəyyən məbləğdə beh verilir. Bu, alıcının məqsədinin ciddi olduğunu göstərməklə yanaşı, tərəflərin məsuliyyətinin artırılması üçün atılan bir addımdır. Beh olaraq müxtəlif məbləğdə pul vəsaiti ödənilə bilər. Adətən alıcı tərəfindən beh olaraq evin satış qiymətinin 1 faizi ödənilir. Razılaşmadan asılı olaraq, bu məbləğ dəyişə bilər.
Məlum olduğu kimi, hazırda notarial qaydada beh müqaviləsi imzalamaq mümkündür. Lakin görünən odur ki, vətəndaşların böyük əksəriyyəti notarial xidmətlərin maksimum dərəcədə asanlaşdırılmasına, sadələşdirilməsinə baxmayaraq, razılaşmanı rəsmiləşdirməyə maraq göstərmirlər. Əvəzində beh alan tərəf bunu kağıza yazaraq imzasıyla təsdiq edir və proses bitmiş hesab olunur. Elə bu səbəbdən də alqı-satqıdan imtina edildikdə mübahisə düşür, anlaşılmazlıq yaranır. Heç bir təsdiqləyici sənəd olmadığından kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək bir çox hallarda mümkün olmur.
Qeyd olunan səbəblərdən dolayı beh verilməsi qaydalarının təkmilləşdirilməsinə və ya ümumiyyətlə dəyişdirilməsinə ehtiyac yaranır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunub və Mülki Məcəlləyə təklif olunan müvafiq dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib. Dəyişikliyə əsasən, ev alqı-satqısı zamanı verilən beh notarial qaydada təsdiqlənəcək. Bu, evlərin alqı-satqısı prosedurunun dəyişməsi ilə mümkün olacaq.
Əmlak eksperti Ramil Qasımzadə “Yeni Azərbaycan”a açıqlamasında ev alqı-satqısı zamanı beh məsələsində ortaya çıxan çoxsaylı problemlərdən söz açıb: “Son vaxtlar ev alqı-satqısının kütləvi hal aldığına görə vətəndaşlarımız üzləşdiyi problemlərin sayı da artıb. İnsanlar arasında ciddi narahatlıq doğuran məqamlardan biri də beh verilməsi prosesində yaranan anlaşılmazlıqlardır. Bizdə behin verilməsi dədə-baba qaydaları ilə əsaslandırılır. Yəni kimsə ev almaq istəyirdisə, mənzilin sahibinin alıcının niyyətindən əmin olması, satıcının işin ciddiliyini bilməsi üçün ona müəyyən məbləğdə beh verirdi. Məbləğ razılaşmaya uyğun olaraq təyin edilir, ancaq bir çox hallarda evin satış qiymətinin 1 faizi beh olaraq ödənilirdi. Bəzi hallarda tərəflər öz aralarında kağız üzərində razılaşma da edirdilər. Belə olan hallarda isə alıcı evi almaq istəyindən imtina etdikdə və ya satıcı eyni hərəkətə yol verdikdə bu, tərəflər arasında anlaşılmazlıqların baş verməsinə səbəb olurdu. Razılaşma adətən belə olurdu: satıcı imtina etdikdə behin ikiqatını ödəməli idi, alıcının isə belə olan halda verdiyi beh geri qaytarılmırdı. Doğrudur, burada heç bir rəsmi sənəd olmurdu, amma qeyd edim ki, notarial qaydada behin verilməsi üçün müddəalarda bu qeyd mövcuddur. Təcrübəyə əsasən deyə bilərik ki, hər hansı bir tərəfin evə razılıq ala bilməməsi səbəbindən də alqı-satqının baş tutmaması halları müşahidə olunur. Notariat da elə bu səbəbdən evdə qeydiyyatda olan şəxslərin razılıq kağızını tələb edirdi. Həm qeyd etdiyimiz, həm də digər məsələlər daşınmaz əmlakın alqı-satqısı zamanı problemlərə səbəb olurdu”.
R.Qasımzadə deyir, təklif olunan yeni qayda qəbul olunduqdan sonra hər iki tərəfin məsuliyyəti artacaq və nəticədə xoşagəlməz halların qarşısı alınacaq: “Milli Məclisdə təklif olunan bu qayda isə artıq birbaşa olaraq bütün beh münasibətlərinin rəsmi şəkildə notariat tərəfindən aparılmasını ehtiva edir. Doğrudur, indiyə qədər behin notarial qaydada rəsmiləşdirilməsi var idi və belə olduqda behin rəsmiləşdirilməsi üçün tələb olunan 110 manat dövlət rüsumu alıcı tərəfindən ödənilirdi. Vətəndaşlar bir çox hallarda min manatdan aşağı məbləğ olduqda bu müqavilələrin bağlanmasında bir o qədər də maraqlı olmurdular. Vətəndaşları notarial qaydada beh müqaviləsi bağlamaqdan imtina etməyə vadar edən əsas səbəblərdən biri də məhz 110 manat xidmət haqqının tələb olunmasıdır.
Yeni qayda isə tərəflərin daha məsuliyyətli olmasına səbəb olacaq və beləliklə də spekulyativ hərəkətlərin qarşısı alınmış olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

