Pensiyalar nə qədər artırılır?
05.10.2022 [10:13]
Nicat
Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin mərkəzində vətəndaşlara qayğı, insanların sosial şəraitinin ən yüksək səviyyəyə çatdırılması kimi mühüm məsələlər dayanır. Dövlət başçımız dəfələrlə çıxışlarında bu barədə danışıb. Hər il olduğu kimi, qarşıdakı il üçün hazırlanan büdcə layihələrində də sosial dövlət konsepti əsas meyar olaraq götürülüb. Belə ki, 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətdə növbəti ildə də sosial sferanın prioritetliyi təmin olunacaq.
Elə buna görədir ki, dövlətin çoxvektorlu, islahatyönümlü sosial siyasətində əhalinin gəlir imkanlarının artırılması əsas istiqamət olaraq müəyyən edilib. Aztəminatlı insanların gəlirlərinin yüksəldilməsini, bu təbəqədən olan şəxslər üçün əlverişli imkanların yaradılmasını xüsusi olaraq qeyd etməkdə böyük fayda var. Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında reallaşdırılan üçüncü sosial paket çərçivəsində əməkhaqlarının və pensiyaların artırılması diqqət çəkir. Sosial paketin əhatə dairəsi də olduqca genişdir. Bəhs olunan sosial islahatlar paketi orta hesabla 3 milyon 400 min nəfər vətəndaş üçün əlavə imkanlar yaradır. Bununla da əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Onu da qeyd edək ki, minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Bundan başqa, sosial ödənişlər seqmenti 2 milyon 300 min vətəndaşı əhatə edib.
Haqqında danışılan sosial paketdə nəzərdə tutulan digər önəmli məsələ isə pensiyaların artırılmasıdır. Müvafiq paketə uyğun olaraq bu, iki istiqamətdə həyata keçirilib. Belə ki, minimum pensiyalar 20 faiz artırılaraq 240 manata yüksəldilib.
Növbəti istiqamət isə indeksləşdirmə ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Əlavə olaraq pensiyaçılara bu il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb. Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq. Əlavə məlumat üçün bildirək ki, hazırda respublikamızda orta aylıq pensiya 364 manat, yaşa görə pensiya isə 395 manat səviyyəsindədir.
Ölkəmizdə sosial sahədə islahatların aparılması bu gün də uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilir ki, sosial islahatların davamı olaraq 2023-cü ildə də bütün növ pensiyalarda artımlar olacaq. Qeyd olunur ki, Azərbaycan Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək. 2022-ci ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək. Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.
Bildirildiyi kimi, vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.
Respublikamızda sosial islahatlar çərçivəsində, həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, inklüzivliyin təmin olunması da hədəflənib. Bu baxımdan ölkəmizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan “DOST” mərkəzlərinin fəaliyyəti təqdirəlayiqdir. Vətəndaş məmnunluğunun təxminən 98 faiz civarında olduğu belə mərkəzlərin şəbəkəsi getdikcə genişləndirilir.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq ayrı-ayrı sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə ölkə üzrə 456,1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib. 2022-ci ilin birinci yarısında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təxminən 18,6 mini pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187,1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən aparılıb.
İslahatlar çərçivəsində pensiyaların indeksləşdirilərək artırılması da elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq. Beləliklə, layihə qəbul ediləndən sonra:
- qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
- pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq (əvvəllər qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
- dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
- pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
- bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29

