Ev alqı-satqısı proseduru sadələşdi
17.01.2023 [10:51]
Nicat Dilqəmli
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi proseduru dəyişib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
Digər dəyişiklik behlə bağlıdır. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
Qanuna əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq ediləcək.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri mütəxəssisi Ramil Qasımzadə deyir ki, bundan sonra vətəndaşlar üçün əlavə müraciətlərə ehtiyac qalmayacaq. Onlar notarial qaydada əmlaklarını adlarına qeydiyyata aldıqları zaman elə yerindəcə həmin əmlak onların adına rəsmiləşdirilmiş olacaq: “Vətəndaşlarımız indiyə qədər daşınmaz əmlak alarkən notariatda alqı-satqı əməliyyatını yerinə yetirdikdən sonra reyestr xidmətinə müraciət edirdilər və oradan yeni çıxarışı əldə edirdilər. Yeni imzalanan sənədlə artıq növbəti müraciətə ehtiyac qalmayacaq. Yəni Dövlət Reyestr Xidməti artıq onlayn qaydada notariatda icra edilən hərəkətləri (mülkiyyətin addan-ada keçirilməsi, behin verilməsi, girov qoyulması və s.) görmüş olacaq. Vətəndaşların da öz adlarına qeydiyyat etdirdikləri əmlakı dərhal oradaca rəsmiləşdirmək imkanı olacaq”.
R.Qasımzadənin sözlərinə görə, bu dəyişiklik əmlakların rəsmiləşdirilməsi zamanı vətəndaşların işini xeyli asanlaşdıracaq: “Təbii ki, bu, əlavə vaxt itkisinin qarşısını almış olacaq. Eyni zamanda, yeni qayda vətəndaşların müraciətlərinin tez bir zamanda həyata keçirilməsinə imkan yaradacaq. Bundan başqa, bu, həm də sənədlərin itməsinin qarşısını alacaq. Çünki, məsələn, notariatda edilən hərəkətlərdən sonra artıq onlayn formada elektron qaydada Dövlət Reyestr Xidməti bu əməliyyatları görmüş olacaq. Bu baxımdan olduqca səmərəli və əhəmiyyətlidir”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

