Qaydalar dəyişdi...
03.06.2023 [10:10]
Sosial dövlət olan Azərbaycanda həssas qruplardan olan insanların, o cümlədən də əlil şəxslərin sosial müdafiəsinin daha dolğun şəkildə təmin edilməsi üçün davamlı islahatlar həyata keçirilir və bu sahədə ən qabaqcıl dünya təcrübəsi əsas götürülür. Bu sahədə daha bir yenilik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. Xatırladaq ki, indiyə qədər bu səlahiyyət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində idi.
Əlillik meyarları
Respublikamızda sosial sahədə reallaşdırılan islahatlar çərçivəsində 2022-ci il 1 iyul tarixindən etibarən əlilliyin müəyyən olunması yeni meyarlar əsasında həyata keçirilir. Yeni islahat tədbirlərinə əsasən əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyası üzrə müəyyənləşdirilir. Bunlar aşağıdakılardır: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyət.
Qeyd olunan kateqoriyalar üzrə məhdudlaşma dərəcələri nəzərə alınmaqla vətəndaşların əlillik dərəcələri qiymətləndirilir. Vətəndaşların bacarıqlarının III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınaraq bu əsasda da əlillik təyin olunur. Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, 2023-cü ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib. Bildirilib ki, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Vahid məlumat bazası
Müvafiq reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasını əhatə edir. Məlumat bazasında əlilliyi olan şəxslərin fərdi məlumatları, əlilliyinə, sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, sosial ödənişlə, reabilitasiya xidmətləri və vasitələri ilə təminatına, peşə-əmək qabiliyyətinin itirilməsi faizinə, məşğulluq vəziyyətinə, məşğulluq tədbirlərinə cəlb olunmasına və s. dair bütün məlumatlar yer alır. Ölkəmizdə həmçinin Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən “Zəfər” altsistemi yaradılıb. Burada şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar toplanaraq sistemləşdirilib. Şərti olaraq “Zəfər” adlandırılan reyestr dövlət orqanları və özəl qurumlara müvafiq kateqoriyadan olan vətəndaşların müraciəti zamanı onları dərhal tanımaq və onlara növbədənkənar xidmətlər göstərmək, əlillərin qanunla müəyyən olunmuş hüquqlarını operativ qaydada həyata keçirmək, güzəştləri müəyyənləşdirmək imkanı verir.
Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydasına dəyişiklik edilməsində hədəf əlil vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsidir. Elektron xidmət bazasının təkmilləşdirilməsi və genişləndirilməsi son nəticədə ölkədə vətəndaş məmnunluğunun daha da artmasını təmin edəcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

