Sel və daşqın baş vermiş bölgələrdə...
05.07.2023 [10:40]
Həyat normal axarına qayıdır
Hökumətin operativ yanaşması
Azərbaycanda artıq bir ənənə formalaşıb. Çətin anlarda, o cümlədən təbii fəlakətlər zamanı dövlət bir qayda olaraq vətəndaşların yanında olur və fəsadların aradan qaldırılması üçün təcili tədbirlər görülür. Son günlərdə respublikamızın ayrı-ayrı bölgələrində baş verən sel və daşqın hadisələrinə də müvafiq qurumlar tərəfindən operativ yanaşma sərgilənir. Qəza xidmətləri sel və daşqınlar baş verən ərazilərdə intensiv iş aparırlar. İyulun 3-də isə Baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.
Təbiətin sınağı - 81 sel və daşqın
Son zamanlar ana təbiət bizi tez-tez sınağa çəkir. İqlim dəyişmələrinin fəsadları özünü daha qabarıq şəkildə büruzə verir. Biz yağıntıların ölkə ərazisi üzrə qeyri-bərabər paylanmasını müşahidə edirik. Belə ki, Azərbaycanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda, əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın məlumatına əsasən, 2023-cü ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Təkcə iyulun 1-də 3 sel hadisəsi müşahidə olunub.
Mütəxəssis həmçinin bəzi vətəndaşların sel-daşqın hadisələri zamanı məsuliyyətsiz davranışlarına da fikir bildirib. Təəssüflər olsun ki, bəzən sel-daşqın hadisələri ağır fəsadlarla, hətta ölümlə nəticələnir. Əhaliyə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi hallarda təhlükənin ciddiliyi və ağır fəsadlar törədə biləcəyi nəzərə alınmır. Hələ də selin yanında durub onu seyr edən, təhlükəli anları lentə alanlar var. Unutmamalıyıq ki, hadisə yerindən dərhal uzaqlaşmaq lazımdır. Selin istiqamətini öncədən müəyyənləşdirmək olmur. “Bununla yanaşı, sel iri gətirmələrlə, daş qaya ilə müşayiət oluna bilir. Bəzən əmlakını xilas etməyə çalışanlar öz həyatlarını təhlükə altına qoyurlar. Əhaliyə bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq şəkildə nəzərə alsınlar. Sel-daşqın hadisələri baş verən ərazilərdən mümkün qədər tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas edə bilər”, - deyə U.Tağıyeva vurğulayıb.
Zəruri tədbirlər davam etdiriləcək
Baş nazir Əli Əsədovun sədrliyi və müvafiq qurumların rəsmilərinin iştirakı ilə keçirilən müşavirədə sel və daşqınların törətdiyi fəsadlar və onların aradan qaldırılması ilə bağlı aktual müzakirələr aparılıb. Baş nazir Ə.Əsədov bildirib ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçmiş, yağıntıların miqdarı artmış, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olmuşdur.
Qeyd edilib ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib.
Baş nazir vurğulayıb ki, təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.
Müşavirədə bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Hazırda sel və daşqınlar baş verən ərazilərdə fəsadların aradan qaldırılması üçün zəruri tədbirlər görüldüyü barədə də müşavirədə ətraflı məlumat verilib. Bunun nəticəsində də təbii fəlakət baş verən bölgələrdə həyat öz axarına qayıdır. Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Eyni zamanda, müşavirədə qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.
M.FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

