Beynəlxalq təcrübələrin uğurlu nəticəsi
30.11.-0001 [00:00]
Rəqəmsallaşma banklarda yeni müştəri seqmenti formalaşdırır
Günel ABBAS
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının imkanları genişləndikcə, rəqəmsallaşma və onun üstünlüklərinin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bank sisteminə də transformasiyasının artmasının şahidi olduq. Rəqəmsallaşmanın bank sistemində tətbiqinin genişlənməsi bankları ənənəvi bankçılıq yanaşmasını dəyişməyə və daim yeni əməliyyat modellərini formalaşdırmağa sövq edir. Rəqəmsallaşma bank sistemində iştirakçılar arasında rəqabəti yeni müstəviyə keçirərək bank xidmətlərinin innovativ ödəniş texnologiyaları və həlləri əsasında tətbiq edilməsinə, yeni müştəri seqmentinin formalaşmasına səbəb olur.
Beynəlxalq təcrübədə rəqəmsallaşmanın tətbiqi nəticəsində son on illə müqayisədə bank sektorunda daha az filialların və bank əməkdaşlarının olmasını, informasiya texnologiyalarının tətbiqi və inkişafına daha iri həcmli vəsaitlərin ayrılmasını, iş saatlarının müddətinin uzadılmasını (24/7 rejimində), əməliyyat müddətlərinin qısalmasını, habelə bir sıra bankların xidmətlərini məsafədən təqdim etməyə üstünlük verməsini müşahidə etmək olar. Rəqəmsallaşma bank xidmətlərinin müştəri ehtiyacları əsasında yenidən formalaşmasına, xidmətlər üzrə dəyişikliklərin daha çevik formada tətbiq edilməsinə imkan verir. Biometriya, video-görüntü, çat-botlar və süni intellekt kimi innovativ texnologiyaların tətbiqi ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması, fırıldaqçılığın səviyyəsinin və çirkli pulların yuyulması riskinin aşağı salınması fonunda banklar üçün müştərilərə məsafədən xidmətlər üzrə əlavə dəyər qazandıran təkmilləşmiş bacarıqlar yaradır.
Yeri gəlmişkən, 2023-cü il sentyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 6.7% və ya 898 min 369 nəfər artaraq 14 milyon 215,25 min nəfər olub. Bank müştərilərinin sayı cari ilin avqust ayının 1-i ilə müqayisədə 1% və ya 151 min 493 nəfər artıb.
Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 21.1% və ya 6 milyon 403.2 min ədəd artaraq 36 milyon 750.2 min ədəd təşkil edib. Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 79.5%-ni cari hesablar ( 29 mln. 229.1 min), 19.6%-ni kredit hesabları ( 7 milyon 209.8 min), 0.9%-ni isə depozit hesabları (311 min) təşkil edib.
Maliyyə eksperti Orxan Talıbzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son zamanlar banklar tərəfindən elektron bankçılıq sistemi vasitəsilə həyata keçirilən bank xidmətlərinin çeşidləri genişləndirilib: “Beynəlxalq təcrübədə istifadə edilən son trend innovativ ödəniş həllərinin tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb və bu addımlar daha da çoxşaxəli xarakter almaqdadır. Mobil telefonların penetrasiya dərəcəsini nəzərə alsaq, Azərbaycanda mobil ödənişlərdən intensiv istifadə rəqəmsal ödənişlərin həcminin kəskin şəkildə artdığını müşahidə etmək mümkündür. Beynəlxalq təcrübədə gündəlik təkrarlanan xərclərin (kommunal, nəqliyyat, mobil operatorların xidmət haqları, inzibati cərimə və s.) mobil ödənişlər vasitəsilə həyata keçirilməsi rəqəmsal ödənişlərin inkişafında xüsusi rol oynayır.
Rəqəmsal bankçılığın genişlənməsi və ictimaiyyətdə nağdsız ödəniş vərdişinin formalaşdırılması üçün müvafiq bankçılıq infrastrukturu ilə yanaşı, iqtisadi subyektlər (həm hüquqi şəxslər, həm də əhali) arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat və təşviqat tədbirlərinin keçirilməsi zəruri amillərdəndir. Bir sıra hallarda bank müştəriləri yaradılan bank infrastrukturundan məlumatsız olduğundan və ya xidmətlərdən istifadə bacarıqları olmadığından, bankların bu istiqamətdə verdiyi xidmətlərdən istifadə etmirlər. Bildiyimiz kimi, Mərkəzi Bank bu sahədə davamlı olaraq maarifləndirmə və təbliğat işlərinə xüsusi önəm verir. Ümumi maliyyə savadlığının artırılması tədbirləri ilə yanaşı, Mərkəzi Bank tərəfindən rəqəmsal bankçılıq xidmətlərinin təşviqi üçün illik əsasda müxtəlif adda nominasiyalar keçirilir. Hər bir nominasiya üzrə xüsusi fərqlənən banklar təltif olunur və bankların bu sahələrdə fəaliyyətləri təşviq edilir”.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06

