Dünyanın 8-ci möcüzəsi Azərbaycanda - "Khazar islands"
18.01.2012 [23:11]
Məlum olduğu kimi, Azərbaycanda və regionumuzda ilk dəfə dünyaya səs salmış yeni və analoqu olmayan layihənin icrasına başlanılıb. Bu, 50 süni adaların üzərində qurulan, dünyanın 8-ci möcüzəsi adlandırılan “Khazar islands” layihəsidir. 600 mindən artıq insanın məskunlaşması üçün nəzərdə tutulmuş “Khazar islands” şəhəri Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərqində yerləşir. Açıq dənizdə yerləşən “Khazar islands” yeni şəhəri öz layihəsinin ecazkarlığı ilə sakinlərinə dünyanın ən müasir yeniliklərinə qonşu olmaq imkanı yaradır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət, əyləncə mərkəzləri və müasir insanın ehtiyacını təmin edəcək bütün şərait təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yamyaşıl bulvar və ən son texnologiyalarla təchiz olunmuş yaşayış və qeyri-yaşayış sahələri şəhərin fərqliliyini hiss etdirir. Süni adalarda ekoloji təmiz nəqliyyat vasitələri, yollar, piyada keçidləri və adaları birləşdirən 66 asma körpü rahat və uzunömürlü yaşam üçün gözəl şərait yaradır. Hal-hazırda 13 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə aparılır. Qeyd edək ki, tikintinin ilkin mərhələsi 2013-cü ilin sonuna planlaşdırılır.
Şəhər layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli qəzetimizə eksklüziv müsahibəsində bildirib ki, 2016-cı ildə artıq şəhər işləməyə başlayacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyevin investorlar üçün yaratdığı əlverişli şərait bu cür iri layihələrin reallaşdırılması üçün insanlarda həvəs formalaşdırır: “Bu layihədə hər bir detal insan amili üçün nəzərdə tutulub. Bütün kommunikasiya infrastrukturu elə bir şəkildə qurulacaq ki, bir daha onların düzəldilməsinə görə salınmış yeni yollar qazılmayacaq. Həmçinin, şəhər daxilində qazanxanalar olmayacaq. Əgər binaların qızdırılması üçün qazanxanalar inşa olunsa, görün o zaman şəhərdə necə qeyri-estetik vəziyyət yaranar. Ona görə də, biz düşünürük ki, sahildən kənarda 200 Mvt gücündə elektrik stansiyası inşa edək, eyni zamanda, qazla işləyən istilik qazanxanası quraşdıraq. Şəhərdə yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələrinə elektrik və istilik yeraltı kommunikasiya vasitələri ilə ötürüləcək. Beləliklə də, ekoloji baxımdan təmiz şəhər, yaşayış məkanı inşa ediləcək”.
Onun sözlərinə görə, artıq dünyanın nüfuzlu dövlətlərindən, həmçinin, İtaliyadan, Səudiyyə Ərəbistanından nümayəndələr gəlir ki, bu lahiyədə iştirak etsinlər: “Yeni olmasına baxmayaraq, artıq bütün dünyada bu layihədən danışılır. Son hesablamalara görə, ümumilikdə, bu layihənin icrası üçün yüksək məbləğdə vəsait lazım olacaq. Əlbəttə ki, bunun bir hissəsi yatırımdan, digər hissəsi isə evlərin satışından əldə oluacaq. Biz düşünürük ki, şəhərsalma təcrübəsinə malik Koreya, çin kimi ölkələrin şirkətlərilə də danışqlar aparaq və maksimum şəkildə gözəl, möhkəm şəhər salaq. Şəhərdə universitet, xəstəxana, ralli yarışlarının keçirilməsi üçün məkan, qolf və atçılıq mərkəzləri inşa ediləcək. Həmçinin, xarici ölkələrdən gələcək turistlər üçün hava limanı da tikiləcək. Deyim ki, şəhərin tam istifadəyə verilməsi 15 ilə hesablanıb”.
Lahiyənin müəllifi ada şəhərin təməlinin həddən artıq möhkəm olacağını söyləyib: “Arxipelaq öz konturları ilə içərisində inci bəsləyən bir dəniz sədəfini xatırladır. Dalğaqıranlarla haşiyələnmiş bu dəniz faunasının sakini burada - Azərbaycan paytaxtının sahil zonasından uzaq olmayan guşədə öz sakit limanını tapacaq. Arxipelaq baş adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca hündürmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Körpü və bəndlərlə birləşdirilmiş arxipelaqın bütün adaları vahid tamlığın hissələridir. önəmlisi budur ki, adalar dənizin dayaz sularında, 5 metrlik dərinlikdə və Abşeron yarımadasından dənizin dibinə uzanan eyni monolit layin üzərində ucaldılır və bu, onun möhkəmliyinə təminat verir”.
O, deyib ki, şəhərdəki, binalar, evlər 8-9 ballıq zəlzələyə hesablanıb.
İ.Nehrəmli vurğulayıb ki, bu şəhər işıqforsuz olacaq: “Burada müxtəlif konfiqurasiyalı körpülər salınacaq, geniş - 10 gediş-gəlişli hamar, möhkəm yollar salınacaq. Maşınlarla hərəkət etmə çox sadə və təhlükəsiz olacaq. Şəhərdə, həmçinin, tramvay nəqliyyat vasitəsi də fəaliyyət göstərəcək”.
Yeni salınan arxipelaq şəhərdə evlərin satılması prosedurundan da danışan Hacı İbrahim Nehrəmli söyləyib ki, ilkin qiymət evin kv.m. görə, 3500 manat olacaq: “Bununla yanaşı, evlərin satılması ipoteka vasitəsilə də mümkün olacaq. Əlbəttə ki, bu cür təkliflər üzərində işləyirik. Eyni zamanda, milyon kv.m-lərlə mağazalar, otellər və digər obyektlər fəaliyyət göstərəcək ki, bu da öz növbəsində böyük sayda iş yerləri deməkdir”.
Qeyd edək ki, “Khazar islands” şəhərinin fevralda Səudiyyə Ərəbistanında, apreldə çində təqdimat mərasimləri keçiriləcək. ölkəmizdə isə şəhərin təqdimatı mart ayında baş tutacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

