Avropada gözlənilən iqtisadi tənəzzül...
12.01.2024 [11:10]
Azərbaycana təsirləri mümkündürmü?
Avropa Mərkəzi Bankı Avrozona iqtisadiyyatında mövcud olan risklərə dair açıqlama ilə çıxış edib. Bankın sədr müavini Luis de Qindos deyib ki, AB ölkələri 2023-cü ilin ikinci yarısında texniki resessiya təhlükəsi ilə üzləşib, xüsusilə də üçüncü rübdə iqtisadi fəallıq bir qədər yavaşlayıb. Zəif artım göstəriciləri dekabr ayında 2023-cü ilin ikinci yarısında texniki tənəzzülün və qısamüddətli dövrdə zəif perspektivlərin mümkünlüyünü təsdiqləyən iqtisadi yavaşlamaya işarə edir. Luis de Qindos Avrozona regionunda tikinti və istehsal kimi sektorlarda artım templərində ümumi yavaşlamanın daha çox nəzərə çarpdığını vurğulayıb.
Xatırladaq ki, məşhur “Bloomberg” agentliyi də koronavirus pandemiyasından sonra ilk dəfə AB ölkələrində resessiyanın gözlənilməsinə dair ehtimallar irəli sürüb. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) oktyabrın 4-də dərc olunmuş illik Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropada tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib.
Proqnozlara görə, Avrozonada ÜDM cari ildə il 0.6 faiz artacaq.
Yüksək faiz dərəcələri, enerji bazarında potensial problemlər və geosiyasi qeyri-sabitlik kimi amillər iqtisadi tənəzzülün daha da dərinləşməsinə səbəb ola bilər. Məsələ ondadır ki, gözlənilən texniki tənəzzülün qaynağı iqtisadi amillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqələndirilir. Belə ki, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyin artması, Rusiya və Ukraynada müharibə və digər faktorlar avrozona iqtisadiyyatı üçün riskin siyasi mənbəyini təşkil edir.
Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də qlobal iqtisadiyat barədə ilkin proqnozlarını irəli sürərkən 2024-cü ildə qlobal iqtisadi artımın zəifləyəcəyinə diqqət çəkib. “Fitch Ratings” bildirir ki, ötən il ölkədə karbohidrogen (neft qaz) sektorundan asılılığın azalmasına baxmayaraq, dünya iqtisadiyyatı üçün sənaye bölmələrinin inkişafında əsas təchizat komponentlərində tarazlığın tam bərpa edilməməsi, xarici ticarət balanslarındakı qeyri-müəyyənliklər, tədiyyə balanslarında azalmalar ümumi artımın irəliləməsinə mane olur.
Sözsüz ki, resessiya meyilləri şəraitində Avropa ölkələri üçün bir sıra iqtisadi-fiskal problemləri meydana çıxaracaq. Avrozona üçün ən böyük risk “kiçildici pul siyasətinin uzadılması” və xüsusilə AB-nin əsas iqtisadi güc qütbü olan Almaniyada fiskal stimulun azaldıması ola bilər. Bu isə ölkələrin əksəriyyətinin sərt büdcə qənaəti rejiminə keçməyə, bir çox sahələrdə investisiyaları azaltmağa qərar verməsinə səbəb olacaq. Bundan başqa, daşınmaz əmlak sektorunda risklər real iqtisadiyyatda uzunmüddətli sərmayə proqnozlarını təxirə sala, istehlakçı inamının aşağı səviyyəsini möhkəmləndirə bilər. Nəticədə real sektorda əməkhaqqı artımları, sosial siyasət tədbirlərinin ən azı bir arxaya atılmasına gətirib çıxara bilər. Ən narahatedici məqamlardan biri real artımın ləngliyi və sosial xərclərə xəsislik şəraitində illik inflyasiyanın gözlənilən artım rəqəmini ən azı 3-4 dəfə üstələməsidir. Belə ki, konsensus proqnozları göstərir ki, Avrozonada bu il inflyasiya 2%-dən yüksək olacaq ki, bu da real artımdan 3,7 dəfə çoxdur. Hətta 2024-cü ildə regionda istehlak qiymətlərinin orta artım tempinin 2.5% olacağı ehtimal edilir.
Avrozonada risklərin Azərbaycana təsirlərinə gəlincə, Azərbaycan Avropa Birliyinin daşınmaz əmlak və səhm, maliyyə sektoru ilə dərindən bağlı olmadığından resessiyaların ölkəmizə təsirləri mümkün deyil. Beynəlxalq Valyuta Fondunun yaxın dövr üzrə rəyinə əsasən, Azərbaycanın dayanıqlı maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmaqda davam edir. Fondun ekspertlərinin fikrincə, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması qeyri-neft sektorunun güclü artımı ilə qismən kompensasiya edilib ki, bu da, əsasən, büdcə xərcləri ilə stimullaşdırılıb.
“Fitch Ratings”in Azərbaycanla bağlı fikirləri isə nikbin sayıla bilər. Bildirilir ki, son 3 ildə dövlət büdcəsi yeni qəbul edilmiş strategiya və idaretmə ilə bağlı yeni maliyyə qaydaları konsolidasiya edilmiş xərc artımını nominal şərtlər üzrə məhdudlaşdırır. Yeni qaydalar neft gəlirlərinin xərclənməsini məhdudlaşdırır ki, bu da qeyri-neft kəsirinin azalmasına səbəb olur, neft qiymətlərinin dəyişkənliyinə baxmayaraq, hökuməti öz xərclərini təmin etməyə imkan verir.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

