Azərbaycanın regionlarında sahibkarlıq subyektlərinin maliyyə təminatı gücləndirilir
08.03.2018 [08:24]
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib ki, bunun da 75 faizi respublikanın regionlarının payına düşür
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasi kurs istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Bu məqamda xüsusi olaraq qeyd edək ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin inkişafına təkan verib. Məhz bu kontekstdə son 14 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılır.
Bu layihələr də bölgələrin inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir. Bunlardan biri də “ABAD” layihəsidir. Xatırladaq ki, bu günlərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditlərin illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcək.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, dövlətimizin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75 faizi respublikanın regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90 faizini isə kiçikhəcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib.
İmzalanan Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlüklərini qeyd edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin yaratdığı əlavə imkanları, özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, qurum kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzlərində ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və satışın təşkili, brendinq, dizayn və hüquqi yardım üzrə dəstək mexanizmləri tətbiq olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların sertifikatlaşdırılması “bir pəncərə” prinsipi üzrə aparılır.
Tədbirdə çıxış edən “Azər-Türk Bank” ASC-nin idarə heyətinin sədri Orxan Hüseynov bildirib ki, imzalanan Niyyət Protokolu üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsində müvəkkil bank olaraq, “ABAD”çıların investisiya layihələrinə illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq “ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib.
Əlbəttə ki, bölgələrin sosial-iqtisadi inkişafında sahibkarların da vacib rol oynadığı üçün onların fəaliyyətinə daim diqqətlə yanaşılır. Bu baxımdan, sahibkarların fəaliyyətinin stimullaşdırılmasına xidmət edən tədbirlər keçirilir. Onlardan biri də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə keçirilən “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkasıdır. Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb. Nazir müavini 29 yanvar 2018-ci il tarixində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin iri şirkətlərin sosial məsuliyyəti, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstəyin göstərilməsi ilə bağlı tapşırığını vurğulayaraq, bu tədbirin də məhz bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən davamlı işlərin aparıldığını bildirib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli sosial müdafiə sisteminin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin tərkib hissəsi olduğunu və əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, özünüməşğulluq proqramı çərçivəsində qurulan ailə təsərrüfatlarının ölkədə kiçik biznesin genişlənməsinə yeni imkanlar yaratdığını qeyd edib.
Özəl bölmənin inkişafı üçün ölkəmizdə əlverişli işgüzar mühitin yaradıldığını vurğulayan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə biznesinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edərək, kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Tədbirdə iri şirkətlərin nümayəndələrinin kiçik biznes layihələrinə dəstəyi istiqamətində çıxışları dinlənilib, “ABAD” layihəsi, özünüməşğulluq proqramı, habelə kiçik sahibkarların təklif etdiyi iş və xidmətlərə dair təqdimatlar keçirilib. Sahibkarlar belə tədbirlərin sahibkarlıq fəaliyyətinin genişlənməsində əhəmiyyətini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Onu da vurğulayaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. İqtisadiyyat naziri Şahin Mustafayev bu qurumun yaradılmasının əhəmiyyətini vurğulayaraq deyib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir: “Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Ötən dövr ərzində sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi, məşğulluqda payı isə 75 faizi ötüb”.
Beləliklə, əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara (KOS-lara) göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlətimizin özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət və qayğının daha bir təzahürüdür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

