Azərbaycan dünyada kosmik sənayenin inkişafına böyük önəm verən ölkə kimi tanınır
17.07.2021 [09:13]
2023-cü ildə keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində qazandığı uğurların dünya miqyasında yüksək dəyərləndirilməsinin daha bir ifadəsidir
İndiki dövrdə informasiya-kommunikasiya texnologiyaları bütün dünyada sənayenin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib ki, bu da təsadüfi deyil. Hazırda informasiya-kommunikasiya texnologiyaları hər birimizin həyatının bir parçasını təşkil edir. Bəzən obrazlı şəkildə belə deyirlər ki, internet dünyanı bir ovuc içinə sığan kiçik kəndə çevirib. Əsas məqamlardan biri ondan ibarətdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı zaman və məkan sərhədi tanımır - bu sahədə daim yenilənmənin, yeni nəsil texnikanın, cihazların icad edilməsinin və onların tətbiqi sahələrinin genişlənməsinin şahidi oluruq. Artıq hər kəsdə qəti bir əminlik hasil olub ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ölkələrin və milli dövlətlərin ümumi inkişafını şərtləndirir.
Yuxarıda deyilənlər baxımından müstəqil Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Respublikamızın strateji inkişaf kursunda ölkədə innovasiyaların tətbiqi sferasının genişləndirilməsi, yüksəktexnologiyalı cəmiyyət quruculuğu, bu istiqamətdə inklüzivliyin artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Yeri gəlmişkən, Azərbaycanın yeni strateji mərhələdə - növbəti onillikdə çatmağı hədəflədiyi beş milli prioritet sırasında insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır.
Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmik ailəsinin sıralarına daxil olması böyük nailiyyətdir
Respublikamızın qısa müstəqillik tarixində dünya kosmik ailəsinin üzvləri sırasına daxil olması qürurverici haldır. Hazırda Azərbaycan dünyada kosmik sənayenin inkişafına böyük önəm verən ölkə kimi tanınır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra - 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Sonrakı mərhələdə respublikamız daha iki peykə sahiblənib.
Üç milli peykin uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını daha da genişləndirib. Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin 90 faizi peyk xidmətlərinin ixracından formalaşır. “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk yerdədir. Şirkətin “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə ixrac portfelini əsasən, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edir. Bu isə, öz növbəsində, bir tərəfdən “Azərkosmos”un likvidliyinin güclənməsinə müsbət təsir göstərir, digər tərəfdən isə ölkəyə stabil xarici valyuta axınını təmin edir. Bütövlükdə, 2020-ci il ərzində koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, “Azərkosmos”un əsas fəaliyyətdən gəlirləri 2019-cu il ilə müqayisədə 5 faiz artıb.
Onu da vurğulayaq ki, Prezident İlham Əliyev 27 aprel 2021-ci il tarixində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Bu instisional dəyişiklik Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir
Özünün kosmik sənayesini uğurla inkişaf etdirən Azərbaycan, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir. Cari ilin iyun ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə “Azərkosmos”un nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Astronavtika Federasiyasının qlobal kosmik tədqiqat üzrə keçirilən “GLEX 2021” tədbirinə qatılıb. Bu platforma ölkəmiz üçün kosmik sahə üzrə qlobal səviyyədə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə potensial tərəfdaşlarla qarşılıqlı işgüzar münasibətlərin qurulması baxımından geniş imkanlar yaradır.
2023-cü ildə isə Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu qərar Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında qəbul olunub. Belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüquqnun Bakıya həvalə edilməsi isə heç də təsadüfi deyil. Prezident İlham Əliyev 2021-ci il iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında videoformatda təqdim olunan çıxışında ölkəmizlə bağlı belə bir mötəbər qərarın qəbul olunmasına münasibət bildirib. “Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Beynəlxalq Astronavtika Konqresi də, öz növbəsində, istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə dünya miqyasında ən mötəbər tədbirlərdən biri sayılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

