/ / Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05.08.2021 [08:37]
Nazim Mustafa: Ölkəmizdə müxtəlif milli və dini mənsubiyyətə malik xalqların birgəyaşayışı üçün hərtərəfli şərait yaradılıb
Məlum olduğu kimi, multikulturalizm Azərbaycan cəmiyyətində mədəniyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi özünü göstərir. Dini və mədəni fərqliliklərin olduğu cəmiyyətdə birgəyaşayışı müəyyənləşdirən vasitə kimi Azərbaycandakı multikulturalizm mühiti bütün dünyaya nümunə göstərilir. Dinlərarası və sivilizasiyalararası münasibətlərin dərin tarixi köklərə malik olmasının nəticəsidir ki, xalqımız multikulturalizmi həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Qeyd edək ki, multikulturalizm Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Daha doğrusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin birgəyaşayışı tam təmin olunub. Bununla yanaşı, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqları təsbit edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması da ölkədəki dini dözümlülük mühitinin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Eyni zamanda, bu və ya digər addımlarla ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi artırılıb. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsini bu qəbildən olan ən mühüm addımlardan hesab etmək olar. Sözsüz ki, bu gün multikulturalizm həm dövlət siyasəti, həm də cəmiyyətin həyat tərzidir.
Öz növbəsində, məsələyə münasibət bildirən Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın sözlərinə görə, bu gün Azərbaycan dünyada mutlikulturalizm mərkəzlərindən biri kimi tanınır: “Ölkəmizdə müxtəlif milli və dini mənsubiyyətə malik xalqların birgəyaşayışı üçün hərtərəfli şərait yaradılıb. Həmçinin multikulturalizmi beynəlxalq platformaya çevirmək üçün Azərbaycan mühüm təşəbbüslər irəli sürür və həmin məqsədyönlü addımlar sivilizasiyalararası dialoqa xüsusi töhfə verir. Bu baxımdan, Azərbaycanda son illər baş tutan beynəlxalq tədbirlərin bir çoxunun sivilizasiyalararası dialoqla bağlı olması mühüm əhəmiyyət daşıyır. Belə ki, tarixdə ilk dəfə olaraq 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirləri, 2009-cu ildə Bakıda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında isə Avropa Şurasından mədəniyyət nazirləri iştirak ediblər. “Bakı prosesi” adlanan bu təşəbbüs Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı beynəlxalq humanitar forumlarının keçirilməsinə təkan verib. Həmin vaxtdan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqu təşviq edən ənənəvi və nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən 2019-cu ilin noyabr ayında Dünya Dini Liderlərinin II Bakı Sammiti keçirilib. Bu tədbirlər Azərbaycanın multikulturalizm ənənələrinin təbliğində əvəzsiz rol oynayıb”.
Araşdırmaçı-alim deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir: “Belə ki, Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilib. 2015-ci il sentyabrın 8-də Parisdə təşkil olunan “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə məscidlərin, kilsə və sinaqoqlarla yanaşı mövcud olduğunu, bütün dini azadlıqların təmin edildiyini diqqətə çatdırıb”.
N.Mustafanın sözlərinə görə, Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də ölkəmizdəki bütün dini icmaların təmsilçilərinin birlik və həmrəylik nümayiş etdirməsidir: “Məlum olduğu kimi, Ermənistan tərəfinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsi böyük zəfərlə nəticələndi. 44 gün davam edən müharibədə ölkəmizin ərazi bütövlüyü uğrunda savaşan və şəhid olanlar arasında müsəlmanlarla yanaşı, xristian və yəhudilərin də mövcud olması Azərbaycanda multikulturalizm və birgəyaşayış siyasətinin təntənəsidir”.
Tarix üzrə fəlsəfə doktoru deyib ki, ölkəmizdə mövcud olan multikulturalizm, dinlərarası dialoq və tolerantlığın yüksək səviyyəsinə baxmayaraq, təcavüzkar Ermənistan vaxtaşırı ölkəmizə qarşı dini mövzuda saxta təbliğata rəvac verir: “Belə ki, düşmənlərimiz işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni abidələrin guya Azərbaycan tərəfindən dağıdılması təhlükəsi barədə saxta təbliğat aparırlar. Halbuki beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayan Ermənistan işğal altında olan ərazilərimizdə tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb, Şuşadakı pravoslav kilsəsini, digər bölgələrdəki alban-udi məbədlərini qəsb edərək qriqoryanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Bununla yanaşı, ermənilər xalqımıza məxsus xristian dini, tarixi-mədəniyyət abidələrini özününküləşdirməyə çalışıblar. Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastırı ilə bağlı cəhdlər məhz bu qəbildəndir”.
Mədəni və mənəvi dəyərlərin qorunması siyasətini qətiyyətlə davam etdirən Azərbaycan dövlətinin həm ölkə daxilində, həm də dünyanın digər ölkələrində məscid və kilsələrin bərpası işində mühüm addımlar atdığını deyən tarixçi alim vurğulayıb: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq”.
İşğaldan azad olunmuş ərazilərdə dini və mədəni abidələrin bərpası və qorunması istiqamətində artıq mühüm işlərin görüldüyünü vurğulayan N.Mustafa deyib ki, dilindən və dinindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqlar qarşılıqlı anlaşma və hörmət şəraitində yaşadıqları üçün Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

