/ / Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli daim dövlətin diqqət mərkəzindədir
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli daim dövlətin diqqət mərkəzindədir
08.09.2021 [09:01]
Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Hər il meşə sahələrinin genişləndirilməsi üçün boş ərazilərdə əkin aparılır, yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür, meşəbərpa tədbirləri həyata keçirilir.
Yeri gəlmişkən, qeyd edək ki, ötən il rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən ətraf mühitə, biomüxtəlifliyə, su resurslarına vurulan ziyanın hesablanmasında ETSN-nin mütəxəssisləri fəal iştirak edirlər. Nazirlik həmin ərazilərin bərpası və dilbər guşələrə çevrilməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır.
Bununla bağlı qəzetimizə açıqlama verən ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da bir sıra ekoloji problemlər mövcuddur və bu problemlərin həlli istiqamətində bəzi layihələr həyata keçirilir. ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Təmiz hövzələr” aksiyası bu layihələrdən biridir: “Su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların su axarlarına atılması bioresursların məhvinə səbəb olduğundan sututarları zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək üçün intensiv tədbirlər görülür”.
İ.İbrahimovanın sözlərinə görə, Azərbaycan Respublikası Xəzər dənizinin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir: “ETSN-nin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə “Xəzəri birgə qoruyaq” adlı videoçarx müsabiqəsi keçirilir. Müsabiqə dənizə çirkab suların axıdılmasının qarşısının alınması, sahil ərazilərində tullantıların düzgün idarə olunması və qanunsuz balıq ovu ilə mübarizə mövzularını əhatə edir”.
Məlumat üçün bildirək ki, hər il ölkəmizdə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü qeyd olunur.
“Bu gün ilə əlaqədar ETSN-nin əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyə nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirakı ilə dənizkənarı ərazilərdə aksiyalar təşkil edilir. Belə ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilir və yığılan tullantılar təkrar emal üçün təhvil verilir”, - deyə İ.İbrahimova bildirib.
Eyni zamanda, çox unikal bir layihə olan “Təbiət üçün SOS” (Summer Outdoor School “SOS for Nature”) açıq havada yay məktəbi “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Litvanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub. Yay məktəbində gənc ekoloqlar və Vətən müharibəsi qəhrəmanlarının övladları iştirak ediblər: “Məktəblilər üçün interaktiv yay məktəbi və tullantıların idarə olunması onlayn proqramı” layihəsi çərçivəsində keçirilən yay məktəbinin məqsədi gənclərin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, tullantıların təkrar emalı, su resurslarından səmərəli istifadə sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək olub”.
Ətraf mühitin mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər və aparılan maarifləndirmə işləri genişmiqyaslıdır. Yeri gəlmişkən, məlum olduğu kimi, 1 iyuldan etibarən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı qadağan olunub. “Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik materialdan hazırlanmış qabları taxta, kağız və digər alternativlərlə əvəzlənməsinə başlanıb. Bu prosesin təşviqi və sürətləndirilməsi üçün “Polietilen torbalardan imtina edək” adlı aksiya da keçirilib. Ekokönüllülər tərəfindən alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib və onlara eko çantalar paylanılıb. Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük verməkdir. Bu gün ən çox istifadə edilən daşıma vasitəsi - polietilen torbalar qısa müddətdə istifadə olunur və atılır. Həmin paketlər isə yüz illərlə təbiətdə çürümədən qala bilir və ətraf mühitə ziyan vurur. Odur ki, dəfələrlə istifadə oluna bilən parça, həsir və digər alternativ torbalardan istifadə edərək ətraf mühitin qorunmasında birgə səy göstərməliyik”, - deyə mətbuat katibi vurğulayıb.
İctimaiyyətlə, media mənsubları ilə sıx əməkdaşlığa üstünlük verən Nazirlik əhalinin ekoloji maarifləndirilməsi sahəsində jurnalistlərin rolunu və zəhmətini həmişə yüksək qiymətləndirir: “KİV nümayəndələri ilə ünsiyyətdə olmaq təmsil etdiyimiz qurum üçün çox önəmlidir və Nazirlikdə media ilə əlaqələrə xüsusi əhəmiyyət verilir. Cəmiyyət, onun müxtəlif təbəqələrinin nümayəndələri, xüsusən ictimai fəallar, qeyri-hökumət təşkilatları, media təmsilçiləri təbiətə qarşı xeyirxah niyyətləri, nümunəvi vətəndaş məsuliyyətləri ilə bizim işimizi daha da asanlaşdırır. Etiraf edilməlidir ki, bu gün cəmiyyətimizdə ətraf mühitə münasibət dəyişib və bu, bizə ruh verir, addımlarımızı daim möhkəmləndirir. Bütün dünyada, o cümlədən Azərbaycanda da ətraf mühitin mühafizəsinə diqqətin daha da artırılması fonunda aparılan maarifləndirmə işlərinin, təbliğat tədbirlərinin əsas aparıcı qüvvəsi media orqanları, jurnalistlər, ictimai fəallar, bloggerlər və qeyri-hökumət təşkilatlarıdır. Ətraf mühitə qayğı ilə yanaşan və Nazirliyin işinə dəstək verən ictimaiyyət nümayəndələrinə, media təmsilçilərinə sonsuz təşəkkürlərimizi çatdırırıq”.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54

