Azərbaycan dövləti insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
30.09.2021 [15:11]
Naqif Həmzəyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik inkişaf siyasəti, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün çağırışlarına, eləcə də milli maraqlarımıza cavab verir
Məlum olduğu kimi, müstəqil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali prinsiplərindən biridir. Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran ölkəmizdə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstünlüyünün göstəricisidir. Bütövlükdə, demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlət olan Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini insan hüquqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev qəzetimizə bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin təşəkkülü, inkişafı yönündə əldə olunan nailiyyətlər birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir: “Belə ki, ölkəmizdə 1993-cü ildən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Bununla yanaşı, çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilib, qanunvericilik mütəmadi olaraq təkmilləşdirilib. Digər tərəfdən, Azərbaycan Respublikası Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlətdir. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışının ardından ölüm cəzasının icrasına moratorium qoyulub, sonra isə 1998-ci il 10 fevral tarixli Qanunla bu cəza növü Şərqdə ilk olaraq Azərbaycanda ləğv olunub. Eyni zamanda, 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib”.
Komitə üzvünün sözlərinə görə, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib.
N.Həmzəyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik inkişaf siyasəti, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün çağırışlarına, eləcə də milli maraqlarımıza cavab verir: “Bu sahədə Milli Fəaliyyət Proqramının qəbul edilməsi isə xüsusilə qeyd edilməlidir. Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə də BMT-nin təcrübələrindən istifadə olunub. Bu proqramı səciyyələndirən əsas xüsusiyyətlərdən biri də sənədin vətəndaş cəmiyyəti ilə birlikdə icra olunması məsələsidir. Ümumiyyətlə, ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair mühüm sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Bununla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə insan hüquqları Konstitusiya çərçivəsində qorunur və Əsas Qanunun üçdəiki hissəsi məhz insan hüquqlarına həsr edilib”.
Komitə üzvü onu da diqqətə çatdırıb ki, ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə də insan hüquqları faktoru daim prioritet olub. Bu kontekstdə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna edilən dəyişikliklərdə də insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilib. Ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əsas məqsədi insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərini müəyyənləşdirmək olub. Bu dəyişikliklərin əksəriyyəti, 15 maddəyə olmaqla Konstitusiyanın İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilib. Bu, ümumi dəyişikliklərin təqribən 60 faizdən artıq hissəsidir.
Bütövlükdə isə Azərbaycanın insan hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər və əldə edilən səmərəli nəticələr beynəlxalq miqyasda da təqdir olunur. Başqa sözlə, ardıcıl, məqsədyönlü və davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Nəticə etibarilə, mütərəqqi inkişaf modelinə və demokratik ölkə imicinə malik olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bir sözlə, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquqvə azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00

