Yeni nəsil jurnalist, politoloq, eləcə də ekspert komandası yetişməlidir
07.10.2021 [12:15]
Bizə xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimilyasiya olmayan gənclər ordusu lazımdır
Ölkəmizdə digər sahələrdə olduğu kimi, diaspor quruculuğu sahəsində də uğurlu siyasət həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sistemli və ardıcıl siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan diasporunun nümayəndələri yaşadıqları ölkələrdə dövlətimizi və xalqımızı layiqli şəkildə təmsil etmək üçün böyük səy göstərirlər. Bu gün dünyada yaşayan bütün azərbaycanlılar ölkəmiz üçün həlledici məqamlarda həmrəylik nümayiş etdirərək haqq səslərini ucalda bilirlər. Bu birliyin, həmrəyliyin təməlinin atıldığı tarix isə hər il böyük təntənə ilə qeyd edilir.
Yeri gəlmişkən, xatırladaq ki, ötən il dünya azərbaycanlıları 31 dekabr - Həmrəylik Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılandı. Ümummilli məqsəd naminə birləşib dəmir yumruğa çevrilməyi bacarmış Azərbaycan xalqı və onun qəhrəman Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızın işğalına son qoydu. Bu tarixi Zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də öz dəyərli töhfələrini verdilər.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə mövzu ilə bağlı qəzetimizdə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən sonra diaspor təşkilatlarımızın üzərinə daha böyük məsuliyyət düşür. Dünya azərbaycanlılarının sıx birləşməsinin vacibliyinə toxunan sədrin sözlərinə görə, xaricdə yaşayan soydaşlarımız təşkilatlanmalı, Azərbaycan həqiqətləri dünyada təbliğ olunmalı, xüsusilə erməni diasporunun yalanlarına qarşı planlı fəaliyyət qurulmalıdır: “Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər, eləcə də fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdimək üçün yeni öhdəliklər qoyur. Mən deyərdim ki, xarici ölkələrdə yaşayan soydaşlarımız təşkilatlanmalı, daha mütəşəkkil şəkildə təbliğat və təşviqat işinə cəlb edilməlidirlər. İlk növbədə, təbliğatın hədəfləri təyin edilməlidir. Təbliğatın hədəfləri deyəndə, yəni təbliğat mexanizminin ideologiya əsasında keçirilməsi nəzərdə tutulur. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, Vətən müharibəsi zamanı biz müşahidə etdik ki, xaricdə Azərbaycanın mövqeyini dəstəkləyən, xüsusilə də dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədər idi. Buna görə də, uzunmüddətli strategiya aparılmalıdır. Belə ki, xaricdə yaşayan həmyerlilərimizdən ibarət yeni nəsil jurnalist, politoloq, eləcə də ekspert komandası yetişməlidir. Hazırda xaricdə təhsil alan və məzun olmuş gənclərlə davamlı iş mexanizmi qurulmalıdır. Xaricdə böyüyən gənclərimiz oxuduqları ali məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və diaspor qurumları ilə yaxından əməkdaşlıq etməli, eləcə də yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatında fəal olmalıdırlar. Bizə xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimilyasiya olmayan gənclər ordusu lazımdır. Onlar Azərbaycanın xaricdəki siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevrilməlidirlər”.
O, Azərbaycanın haqlı səsinin dünya ictimaiyyətinə çatdırılmasında daha aktiv fəaliyyət göstərmələrinin vacibliyinə toxunub. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi olduqca vacib amillərdən biridir: “Bununla yanaşı, Azərbaycanın haqlı mövqeyini müdafiə edən əcnəbi ekspertlərdə də Azərbaycana maraq artırılmalıdır. Soydaşlarımız əcnəbi dostlar tapmalı, onlarla sıx əlaqələr qurmalı, eyni zamanda, əməkdaşlıq çərçivəsində işlər görməlidirlər. Biz Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq bu istiqamətlərdə də işimizi aparırıq. Bundan sonra daha da aktiv şəkildə fəaliyyətimizi davam etdirəcəyik”.
Qeyd olunub ki, dövlətimizin məqsədi xaricdəki soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, icma üzvlərinin potensialından milli maraqlarımızın daha etibarlı müdafiəsi üçün bəhrələnmək, soydaşlarımız arasında əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

