Azərbaycan Böyük Qayıdışla bağlı hədəflədiyi məqsədlərə tam nail olacaq
27.10.2021 [10:55]
Hazırda Azərbaycanın gündəliyində duran əsas məsələ ötən il Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin olunması üçün zəruri infrastrukturun qurulması ilə bağlıdır. Nəzərdə tutulan işlərin miqyası kifayət qədər böyükdür. Mənfur düşmən ötən əsrin 90-cı illərinin əvvəllərində havadarlarının köməyi ilə öz nəzarəti altına keçirdiyi torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. İşğal altına düşən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Laçın şəhərləri bir vaxtlar ahəngdar inkişaf dövrünü yaşayırdı. Lakin mənfur düşmən işğal altına aldığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. İşğal dövründə bəhs olunan ərazilərdə ekologiyamıza ciddi ziyan vurulub, təbii sərvətlərimiz , torpaqlarımız qanunsuz istismar olunub, tarixi dini-mədəni abidələrimiz təhqirlərə məruz qalıb. Bütövlükdə söhbət 10 min kvadratkilometr ərazinin əsaslı şəkildə bərpa edilməsindən gedir.
Güclü dövlət olan Azərbaycan bütün bərpa işlərini və Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılmasını qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırmaq niyyətindədir. Müharibədən sonrakı mərhələdə - cəmi bir il ərzində bəhs olunan ərazilərdə böyük maliyyə tutumuna malik layihələrin uğurla tamamlanması onu deməyə əsas verir ki, Azərbaycan Böyük Qayıdışla bağlı hədəflədiyi məqsədlərə tam nail olacaq. Qeyd edək ki, Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün müharibədən sonrakı birinci ildə 2,2 milyard manat vəsait nəzərdə tutulub. Ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb.
Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri müxtəlif istiqamətlərdə həyata keçirilir. Bu sırada bəhs olunan ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması xüsusilə geniş vüsət alıb. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir. Qeyd edək ki, Vətən müharibəsində igid hərbçilərimiz bizim hamımız üçün əziz olan Şuşaya məhz Zəfər yolunun keçdiyi ərazidən daxil olublar və misilsiz şücaətlər göstərərək şəhəri işğaldan azad ediblər. Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Artıq Zəfər yolunda son tamamlama işləri aparılır. Yuxarıda bəhs olunan layihələrlə paralel şəkildə, işğaldan azad edilmiş ərazilərdə, həmçinin 72,3 km uzunluğunda Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123,8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43km), Füzuli-Hadrut (13km), Bərdə-Ağdam (45 km) və digər yollar çəkilir. Prezident İl?am Əliyev işğaldan azad edilmiş ərazilərə cari ilin oktyabr ayında etdiyi son səfərləri çərçivəsində daha bir neçə yolun təməlqoyma mərasiminə qatılaraq Özünün xeyir-duasını və dəyərli tövsiyələrini verib.
İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasından söhbət açarkən burada üç beynəlxalq səviyyəli hava limanının inşasının önəmini xüsusi olaraq vurğulamaq lazımdır. Füzulidə inşa olunan hava limanının inşası artıq tamamlanıb. Bu mühüm infrastruktur obyekti Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabrın 26-da istifadəyə verilib. Füzuli Hava Limanının istifadəyə verilməsi sayəsində işğaldan azad edilmiş ərazilərə sərnişin və yük daşımalarının həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Beynəlxalq səviyyəli daha iki hava limanı isə Zəngilan və Laçında yaradılır. Hər iki hava limanının təməlqoyma mərasimində Prezident İlham Əliyev şəxsən iştirak edib. Vurğulamaq yerinə düşər ki, işğaldan azad edilmiş ərazilərdə salınan bir sıra avtomobil yolları, o cümlədən də Zəngəzur dəhlizi hava limanlarına inteqrasiya olunacaq ki, bu da onların funksionallığını daha da yüksəldəcək.
İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu çərçivəsində enerji təchizatı obyektlərinin yaradılması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev bəhs olunan ərazilərdə enerji təminatı infrastrukturunun qurulmasını cari ilin sonunadək tamamlamağı bir vəzifə kimi qarşıya qoyub. İndiyədək işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda yarımstansiyalar yenidən qurularaq istifadəyə verilib, ötürücü xətlərin çəkilməsi təmin edilib. Qeyd edək ki, bəhs olunan ərazilər dövlət başçısı tərəfindən “yaşıl enerji” zonası elan olunub. Prezident İlham Əliyev oktyabrın əvvəlində işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışına qatılıb.
Postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatın?n ölkə iqtisadiyyatına reinteqrasiyası da çox mühüm məsələdir. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri müəyyənləşdirilib. Kənd təsərrüfatı sahəsində proqramlara 460 milyon manatdan çox vəsaitin ayrılması təmin olunacaq. 2020-ci ildə ölkəmizdə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib. İşğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərin iqtisadiyyatında sənayenin inkişafı üçün də geniş potensial var. Burada 167 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sənaye məhəllələrinin yaradılmasına start verilib. Bu ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Sənaye Məhəlləsinin təməlqoyma mərasimi keçirilib. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində oktyabrın əvvəlində Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının və Cəbrayıl rayonunda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimlərinə qatılıb. Dövlətimizin başçısı, həmçinin 4 oktyabr 2021-ci il tarixində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Sənəddə vurğulanıb ki, nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür. Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada müxtəlif təyinatlı məhsullar istehsal olunacaq. Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

