Media haqqında qanun layihəsinin müzakirələri sona çatır
29.12.2021 [10:36]
İlhamə
Azərbaycan Respublikasında “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Uzun müddətdir müzakirələri aparılan qanun layihəsi barədə media nümayəndələrinin fikirləri təbii olaraq, birmənalı deyil. Qanun layihəsini sözsüz ki, dəstəkləyənlər də var, irad bildirənlər də. Aydın məsələdir ki, bu layihə doğma deyil və müzakirələr zamanı səsləndirilən müəyyən təklif və iradlar nəzərə alınıb.
Dünən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” yeni qanun layihəsinin növbəti ictimai müzakirəsi keçirilib. Müzakirəyə müxtəlif media orqanlarının nümayəndələri dəvət almışdı.
İlk çıxış edən Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bildirdi ki, müzakirələrin aparılmasını mənasız hesab edir və qanun layihəsi birmənalı şəkildə qəbul edilməlidir. Ziddiyyətli fikirlər səsləndirən baş redaktor bundan öncəki qanun layihəsi qəbul edilərkən Eldar Mahmudov və Əli Həsənovun sifarişi ilə həbs edildiyini dilə gətirərək, o zamanlar və indi Mətbuat Şurasına rəhbərlik etmiş Əflatun Amaşovun onu müdafiə etmədiyini bildirdi. Əflatun Amaşov Eynulla Fətullayevin iradlarına cavab bildirmədi.
O, həmçinin dəvət almalarına baxmayaraq, müzakirələrə qatılmaqdan imtina etmiş tanınmış jurnalistlər Qulu Məhərrəmli, Arif Əliyev, Elçin Şıxlı və Mehman Əliyevin ünvanına da tənqidi fikirlər səsləndirdi.
“Bir ildir jurnalistikada islahatlar səsləndirilir. Bizə yaradıcılıq azadlığı verilib. Deməli, İlham Əliyevin islahatlarını, yeni konsepsiyanı dəstəkləmək lazımdır. Bunun əvəzinə qrantyeyənlər və parazitlər şou göstərirlər. 2005-ci ildə xarici donorlar mənə maliyyə yardımı göstərməkdən imtina etdilər, lakin Arif Əliyevin layihəsinə 1 milyon ayırdılar. Nəticə nə oldu? Məni həbs etdilər, Arif Əliyev isə o pulları yeyib üstündən su içdi.
Yaxşı ki, Soros və digər qərb qüvvələri İlham Əliyevlə mübarizə aparmaq üçün vicdansız adamları seçmişdi. Çünki hamısı o pulları mənimsəyib, ictimai korrupsiya ilə məşğul oldular. Bu gün xaricdə oturub təxribatçılıqla məşğul olan Qubad İbadova ayrılan milyonlar hanı? Nə inqilaba xərcləməyib, nə islahata. Sadəcə mənimsəyib”.
Sonda o bildirdi ki, Əli Həsənov medianı öldürdü, Hikmət Hacıyev isə dövlət başçısının göstərişi ilə onu diriltməyə çalışır.
REAI TV-nin rəhbəri Mirşahin Ağayev qanun layihəsinin qəbul edilməsinin vacibliyini vurğulayaraq, bu qanunun jurnalistlərin şərəf və ləyaqətini qorumağa hesablandığını qeyd edib.
APA Holdinqin rəhbəriVüsalə Mahirqızı yeni qanun layihəsinin müsbət cəhətlərini vurğulayaraq, müzakirələrin başa çatdırılmasını təklif elədi. Bundan əlavə, o, layihənin media orqanlarının sərbəst biznes struktur kimi fəaliyyət göstərməsinə yardımçı olacağına əminliyini vurğuladı.
AzVision saytının rəhbər Vüsal Məmmədov isə qanun layihəsinin bir qədər də sərtləşdirilməsinə tərəfdar olduğunu söylədi.
“Məncə, bu qanun layihəsində bir qədər də sərtləşdirmələrə getmək olar. Məsələn, dövlət qurumları reyestrə düşməyən jurnalistlərin suallarına cavab verməyə bilər” şəklində müddəa əlavə edilsin. Yəni istəsələr cavab verə, istəməsələr verməyə bilərlər. Bu zaman jurnalistlər özləri bu reyestrdə qeydiyyata keçməkdə maraqlı olacaqlar”.
Reyestrə daxil olan jurnalistlərin müəyyən imtiyazlar alacağı bildirilib. Bu imtiyazların məhz nələrdən ibarət olacağına dair sualı cavablandıran Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirdi ki, imtiyazlar paketi ilə bağlı müzakirələr gedir: “Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək? Qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq”.
O, həmçinin qeyd edib ki, bundan öncəki müzakirələr zamanı bir sıra anlaşılmazlıqlar aradan qalxıb, jurnalistlərə qaranlıq görünən bir sıra məqamlara aydınlıq gətirilib, bir çox məqamlarla razılaşmayan jurnalistlər sonradan fikirlərini dəyişiblər.
“Yeni Azərbaycan” qəzetindən müzakirələrə qoşulmuş jurnalist İlhamə Rəsulova qanun layihəsində ümumi jurnalist vəsiqələrinin verilməsi ilə bağlı bəndi təqdir edərək, bu addımın reket jurnalistikasının qarşısının alınmasında müsbət rol oynayacağına, jurnalistlərin nüfuzunu yüksəldəcəyinə ümid etdiyini bildirdi.
Müzakirələr zamanı çıxış edənlər “bu qanun layihəsi xarici dövlətlərin xoşuna gəlməyib” deyənlərə cavab olaraq bildiriblər ki, ATƏT, Avropa Şurasının bu qanun layihəsindən məmnun qalıb-qalmaması önəmli deyil, bu, bizim dövlətin daxili işidir. Çıxış edənlərin ortaq rəyinə əsasən, qanun layihəsi ümumilikdə bütün müasir standartlara cavab verir.
Sonda media haqqında qanun layihəsinin ictimai müzakirələrinin bu görüşlə tamamlandığı bəyan edildi.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19

