Evin içi çölündən soyuq
10.02.2022 [22:54]
Və yaxud xoşbəxt görünüb bədbəxt ömür sürən ailələr
Müşfiqə BAYRAMLI
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir” - Tolstoy Anna Karenina əsərində belə demişdi. Yəqin ki, əhatənizdə bir-birini sevən və çox xoşbəxt olan ailələr var. Köks ötürərək baxdığımız ailələrin hamısı xoşbəxtdirmi? “Hər parıldayan qızıl deyil” deyib atalarımız...
Bəzən xoşbəxt görünüb daxilən bədbəxt olan ailələr də var axı. Onlar öz problemlərini həll etmək əvəzinə, ətrafa yaxşı görünmək düşüncəsilə bu yalanın içində günü-gündən ömürlərini hədər edirlər. Özünü xoşbəxt göstərməyə onları nə vadar edir? Psixoloq İlhamə Vəliqızı deyir ki, bütün ailədaxili münaqişələrin kökündə sevgisizlik dayanır. İnsan sevgisizlikdən xəstəliyə belə düçar ola bilər: “Ailədə xoşbəxt olmayıb özünü xoşbəxtmiş kimi göstərən ailələr var. Bu zaman insan ən böyük ziyanı elə özünə vurmuş olur. Sən xoşbəxt deyilsən, ancaq özünü belə göstərməyə çalışırsansa, demək ki, insanlara yanlış nümunə olursan. Beləcə, xoşbəxt olmayan insanların sayını artırırsan”.
İ.Vəliqızının sözlərinə görə, xoşbəxt ailənin yeganə sirri sevgidir: “Biz nə üçün ailə qurduqdan sonra xoşbəxt ola bilmirik? Gözlədiyimiz istəklərimiz niyə həyata keçmir? Bu suallarla psixikamız bizi narahat etməyə başlayır. Qayda çox bəsitdir. Ailə sevgi üzərində qurulmalıdır. Ailə sevgi üzərində qurulduqda bur?da artıq qurban mövqeyi olmur. Təktərəfli sevgi olanda sevilməyən tərəf sevən tərəfi həmişə manipulyasiya edir. Çünki qarşı tərəfin sevgisinə əmindir və nə etsə də, bağışlanacağından əmindir. Bunun özü də qeyri-sağlam münasibətlərə gətirib çıxarır”.
Bəs sevib ailə quranlar niyə ayrılır?
“Çox vaxt sual verirlər ki, o qədər sevib ailə quran insanlar var ki, bəs onlar niyə ayrılırlar? Çünki onlar sevgi üzərində qurulan ailə yox, sevgiymiş kimi göstərilən ailədir. Araşdırdıqca bunun altında ya insanın ailədən qaçış məsələsi, ya bugünkü həyatından daha gözəl həyata keçmək istəyi yatır. Bu səbəblərdən kiminsə həyatına girisənsə, o insanı öz maraqların üçün istifadə etmiş olacaqsan. Gələcəkdə istədiyini ondan aldıqda və ya almadıqda artıq missiyan tamamlanacaq. Nəticədə həyat yoldaşına olan maraq dairən dağılacaq. Maraq üzərində qurulan ailələrdə həmişə belə problemlər olub və olacaq. Maraqlarımızla sevgini ayırd edə bilmədikdə hər zaman bu çaşqınlığa düşəcəyik, bu da bizi uçuruma aparacaq”, - deyə psixoloq vurğulayıb.
Sevginin ömrü 3 ildir?
Psixoloqumuza o məşhur sualı verdikdə aldığımız cavab isə bizi çox təəccübləndirdi: “Sevginin yox, missiyamızın 3 il ömrü var. Sevginin 7 fazası var və 3 ildən sonra o, digər mərhələlərə keçir. Bu faza bütün ömrümüzü əhatə edəcək bir müddətdir. Biz isə artıq 3-cü fazada təslim oluruq. Çünki o sevgi deyil. Əgər sevgi olsa, bütün bu fazaları keçib birlikdə ömrümüzün sonuna kimi yaşaya bilərik. Sevmədiyimiz insanla yaşamaq çox ciddi xəstəliklərə gətirib çıxara bilər. Sevgisiz ailələrdə daha çox şəkər və təzyiq xəstəlikləri olur. Bu isə sevgisiz mühitdə olmaqdan irəli gəlir”.
Yaşın keçir... nə vaxt tərpənirsən?
İstəmədən ailə quran insanlar da var. “Yaşın keçir, bircə toyunu görə bilsəydim” kimi təzyiqlər altında ailə quran insanlar az deyil. Ailə qurma yaşı gəldiyi üçün yox, ruhən və psixoloji hazır olduğunuz zaman ailə qurmalısınız. Psixoloq belə deyir: “Psixologiya elmində infantil şəxsiyyətin natamam inkişafı anlayışı var. İnsanın 40 yaşı var, amma o natamam şəxsiyyət ola bilər. Belələri fizioloji olaraq sağlam insana oxşaya bilər, amma psixoloji olaraq məsuliyyət baxımından ailə qurmağa hazır deyil. Bununla yanaşı, özümüzün ailə modelindən gələn travmalarımız da var. Məsələn, “mənim valideynlərim həmişə mübahisə ediblər. Gözümü açandan evdə konfliktlərin şahidi olmuşam. Yaxud qarşı tərəf kobud və tərs bir hərəkət edən zaman valideynim bu təzyiqlərə dözübsə, mən də dözməliyəm” kimi ailə modelində normativləri tətbiq etməyə çalışırlar. Unutmayaq ki, hər kəsin öz hekayəsi və həyat ssenarisi olduğu kimi, hər hekayənin də uyğun modeli var”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

