Audiovizual Şuranın MTRŞ-dən fərqi nədir?
10.02.2022 [23:04]
Nicat DİLQƏMLİ
Prezident İham Əliyevin imzaladığı “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanına əsasən, Azərbaycan Respublikası Audiovizual Şurası yaradılır və Milli Televiziya və Radioyayım Şurası ləğv olunur. Fərmana əsasən, Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.
Yeni yaradılan Audiovizual Şura medianın inkişafına hansı töhfələri verəcək?
Qanunda edilən dəyişikliklə bağlı “Yeni Azərbaycan”a danışan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirdi ki, MTRŞ-nin ləğv edilərək AŞ-nın yaradılma səbəblərindən biri də audiovizual yayım sahəsini tam əhatə etməsidir: “Radio, televiziya dedikdə bu, nisbətən dar çərçivədir. Audiovizual olanda orada müəyyən istək əsasında videoları (-red.Video on Demand(VoD)) əhatə edir. Yəni ümumi platforma yayımı, platforma operatorluğu və digər bu kimi sahələri əhatə etmək üçün audiovizual yayıma ehtiyac var. Bu, dünya təcrübəsində də istifadə olunur. Demək olar ki, Avropa ölkələrinin yarısından çoxunda belə tənzimləyici qurumların hamısı audiovizual adı ilə bağlı yaradılır.
“Lisenziya vermək, monitorinq etmək, ictimaiyyətin marağını qorumaq, qanunvericiliyə nəzarət funksiyaları əvvəlki kimi qalır”,- deyə F.Novruzov fikirlərinə əlavə edib.
Mövzuyla bağlı qəzetimizə fikirlərini bildirən professor Qulu Məhərrəmli də Audiovizual Şuraların bir sıra Avropa ölkələrində mövcud olduğunu xatırlatdı: “Audiovizual Şuralar bir sıra Avropa ölkələrində mövcuddur və bunlar daha çox dövlətin tezlik resursunun tənzimlənməsində, müxtəlif kanalların fəaliyyət göstərməsində, alternativ kanalların yaradılmasında, yayım siyasətində plüralizmin gözlənməsi, cəmiyyətin istək və arzularının ifadə olunması ilə bağlı televiziya kanallarının fəaliyyətini tənzimləyir. Burada söhbət kontentdən deyil, daha çox həmin kanalların texnoloji aspektlərinin tənzimlənməsi, bir də tamaşaçı marağının qorunması və əlbəttə ki, yayım sahəsində dövlətin siyasətinin tənzimlənməsində birbaşa iştirak edir. Düşünürəm ki, Media Haqqında Qanunun tətbiq dairəsi genişləndikcə, xüsusən internet sahəsində və onun media profillərinin artması və bu profillərdə televiziya yayımı seqmentinin artması teleradio yayımının şaxələnməsinə, onların diversifikasiyasına və istər-istəməz tənzimlənmə məsələsini ortaya qoyur. Yeni texnologiya özü ilə məzmunun fərqli şəkildə ifadə olunması problemini ortaya qoyur və elə məsələlər var ki, onların hüquqi cəhətdən tənzimlənməsi önə çıxır. Yeni yaradılmış Audiovizual Şura məhz bu məsələlərlə məşğul olacaq. Mənə elə gəlir ki, son illər bizdə bu şuranın fəaliyyəti ilə bağlı ümidverici məqamlar var, o cümlədən audiovizual məkanın inventarlaşdırılması, burada gedən proseslər, reklam bazarı, bu istiqamətdə aparılmış tədqiqatlar və sözügedən məsələlərə aşkarlıq verilməsi əsas yaradır ki, biz Audiovizual Şuradan bu səyləri davam etdirməsini gözləyək. Əlbəttə ki, əsas yenilik bu qanuna istinad olacaq. Yəni bir kimsənin zövqü, istəyi deyil, Media Haqqında Qanundan irəli gələn məsələlər Şuranın əsas istiqaməti olacaq. Bütün hallarda Audiovizual Şura teleradio yayımı sahəsində dövlət siyasətini həyata keçirən, tənzimləyən əsas qurum olacaq. Onun idarə olunmasında, tərkibinin formalaşmasında mövcud olan əvvəlki prosedurlar qalacaq, sadəcə olaraq fəaliyyətdə şaxələnmə özünü göstərəcək və bu da daha çox yeni medianın və internet resurslarının televiziya seqmentinin genişlənməsi ilə bağlı olacaq. Ümid edirəm ki, haqqında danışdığımız məsələlər yaxın zamanda real həyatda özünü göstərəcək”.
Cəmiyyətdə yeni yaradılmış şuranın adının uyğunsuzluğu ilə bağlı olan fikirlərə gəlincə isə, professor hesab edir ki, elə ən uyğun ad budur: “Hesab edirəm ki, adın özündə də qeyri-adi heç nə yoxdur. Düzdür, semantik baxımdan bağlılıq azdır. Amma Avropa ölkələrinin bir çoxunda ad bu şəkildədir. Belə xüsusi isimlər dilə yeni gələndə qrammatik-semantik baxımdan narazılıqlar yaradır, amma sonradan alışır insanlar. Daha öncə bir neçə adlar təklif edilirdi, amma mənə elə gəlir ki, elə ən uyğun ad budur. Adı dəyişdirməyin heç bir mənası yoxdur, əsas olan mahiyyətdir və teleradio yayımı sahəsində dövlət siyasətinin düzgün tənzimlənməsi, yayım sahəsində plüralizmin və ədalətin təmin olunmasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

