Milli dəyərləri möhkəm olan xalq... həmişə uğur qazanacaq
02.04.2022 [09:30]
Azərbaycan xalqının milli adət-ənənələri və tarixi necə təbliğ olunur?
Nardar BAYRAMLI
Azərbaycanın inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib.
Milli Məclisin deputatı Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan milli dəyərlərə əsaslanaraq inkişaf edən müasir, dünyaya açıq ölkədir. Onun fikrincə, milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək: “Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq. Bu nöqteyi-nəzərdən, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər şəklində təmin edilir. Azərbaycanda milli və dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev tərəfindən ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə keçirilən müxtəlif səpkili çoxsaylı tədbirlər Azərbaycan xalqının sahib olduğu tolerantlıq, çoxmədəniyyətlilik dəyərlərinin dövlət səviyyəsində qorunması və təbliği deməkdir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixi və mədəniyyəti beynəlxalq səviyyədə uğurla təbliğ olunur: “Məlumdur ki, minilliklər boyunca Cənubi Qafqaz regionunda yaşayan Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malikdir. Bununla belə, uzun illər boyu, əsasən də çar Rusiyası və Sovet İttifaqı dönəmində regiona maraq göstərən bir çox alimlərin müəyyən siyasi mövqeyə xidmət edən yanaşması Azərbaycan xalqının dövlətçilik tarixinin təhrif olunmuş şəkildə öyrənilməsinə və təqdim olunmasına gətirib çıxarmışdı.
Müstəqillik əldə etdikdən sonra tariximizin dəqiq öyrənilməsi və erməni yalanları ilə mübarizəyə geniş imkan yarandı. Ulu öndər Heydər Əliyevin bu sahədə alimlərin fəaliyyətini dəstəkləməsi, elmin bütün sahələrinin inkişafına dövlət tərəfindən şəraitin yaradılması öz müsbət nəticələrini verməyə başladı. Ümummilli liderin də söylədiyi kimi, müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Müstəqillik dövründə Azərbaycan tarixi ilə bağlı bir çox yeni araşdırmalar aparılıb. Bununla belə, xalqımızın, Cənubi Qafqaz regionunun tarixinin saxtalaşdırılması yönündə erməni təxribatları davam etməkdədir. Bu isə tarixi həqiqətlərin daha geniş işıqlandırılmasına, araşdırmaların nəticələrinin beynəlxalq səviyyədə təbliğinə ehtiyac yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar”.
Tarixi faktlar da göstərir ki, istər indiki Ermənistan, istərsə də Qarabağ ərazisindəki yer adlarının əksəriyyəti Azərbaycan mənşəli, əhalisi isə azərbaycanlılar olub. Eyni zamanda, ölkə başçısının tövsiyəsi ilə İrəvan xanlığı, Qarabağın tarixi haqqında elmi əsərlər yazılaraq bir neçə xarici dilə tərcümə edilib. Azərbaycan tarixinin, dövlətçiliyinin öyrənilməsi və təbliği bu günümüz və gələcəyimiz baxımından, eləcə də dövlətçiliyimizin gücləndirilməsi cəhətdən prinsipial əhəmiyyət kəsb edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

