Siyasi mədəniyyət yeni reallıqlar fonunda
02.03.2023 [11:33]
Günel ABBAS
İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların üzərinə məsuliyyət düşür. Söhbət ondan gedir ki, hər kəs ilk növbədə öz hüquqlarını öyənməli, bilməlidir. Belə olan halda hüquq pozuntusu faktları ciddi şəkildə azalır. Bütün bunlar insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi layihələrin bir hissəsidir. Nəzərə almaq lazımdır ki, müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır.
Cəmiyyətin inkişafına təkan verən əsas amillərdən biri də vətəndaşların sosial və siyasi fəallığıdır ki, Azərbaycanda bu baxımdan müəyyən problemlər var. Ekspertlər hesab edirlər ki, sosial çətinliklər insanların siyasi aktivliyinin qarşısını alan əsas amildir. Digər tərəfdən, siyasi səhnədə bəzən zərərli fəaliyyətlərin ön plana çıxması da insanları bu sferadan uzaqlaşdırır. Bu da ciddi problemlərdən biridir. Bunun kökündə dayanan məqamlardan biri isə siyasi mədəniyyətin yetərli dərəcədə olmamasıdır. Bu isə maarifləndirmə səviyyəsinin aşağı olmasından qaynaqlanır ki, bu da aktiv cəmiyyətin formalaşmasında maneə yaradan səbəbə çevrilir.
Dünyanın demək olar ki, bütün ölkələrində oxşar problemlər mövcuddur. Hətta dəfələrlə demokratik dəyərləri əlində bayraq edən ölkələrdə insan hüquqlarının tapdalandığının şahidi oluruq. Bu baxımdan insan hüquqları sahəsində olan problemlər əslində qlobal məsələ hesab edilir və daim beynəlxalq təşkilatların, böyük dövlətlərin gündəm mövzusu olur. Onu da qeyd edək ki, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə, xüsusilə də 1991-93-cü illərdə çox ağır dövrünü yaşayıb: “O illərdə hakimiyyət uğrunda mübarizə, anarxiya yaratmaq məqsədilə atılan addımlar, Qarabağın işğal olunması, vətəndaş qarşıdurması fonunda hansısa insan haqlarından danışmaq mümkünsüz idi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətimiz hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Azərbaycan dünyaya inteqrasiya etməyə başladı, beynəlxalq sazişlər imzaladı, öhdəliklər götürdü. Ondan sonrakı dövrdə insan hüquq və azadlıqları istiqamətində, siyasi mədəniyyətin formalaşmasında ciddi addımlar atıldı. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bu sahə daha da inkişaf etdirildi. Hesab edirəm ki, Azərbaycanın bu sahədə inkişaf mərhələsi dünya üçün nümunəyə çevrilib”.
Deputat əlavə edib ki, bu gün də Azərbaycanın inkişafına, dünyada artan nüfuzuna xələl gətirmək niyyətində olan qüvvələr var: “O qüvvələr insanların mədəni siyasətdən uzaqlaşması üçün var gücü ilə çalışırlar. Xaricdə oturub özlərini “jurnalist”, “bloger” adlandıranların vasitəsilə Azərbaycana qənim kəsilmiş qüvvələrin əlaltısına, Azərbaycana qarşı olan qüvvələrin nökərinə çevrilənlərin böhtan, şantaj, söyüş kampaniyası başlayıb. Aydındır ki, bu, ilk növbədə Azərbaycanın artan nüfuzuna xələl gətirmək məqsədilə edilir. Eyni zamanda, belə qüvvələr çalışırdılar ki, siyasi mədəniyyət səviyyəsini tamamilə aşağı salsınlar. Elə həmin dairələr tərəfindən sosial şəbəkələr üzərində çox böyük anarxiya, xaos bu gün də hökm sürür. Bu da ümumi inkişafa təsir edən amildir. Digər tərəfdən, bəzi radikal dindarlar öz çirkin əməllərini Azərbaycanda həyata keçirmək üçün din pərdəsi arxasında gizlənərək siyasi mədəniyyət səviyyəsini aşağı salmağa cəhdlər edirlər. Bütün bunların fonunda biz cəmiyyət olaraq belə şər qüvvələri tamamilə təcrid etməliyik. Onların qarşısını yalnız həmrəyliyimiz, birliyimiz, ölkə başçısının ətrafında sıx birləşməklə almalıyıq. Belə olan halda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının qorunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf daha da sürətlənəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48

