Təhsildə zəruri inkişaf və müsbət nəticələr
24.05.2023 [11:40]
Proqramların hazırlanması peşəkarlıq tələb edir
Günel ABBAS
Cəmiyyətin müxtəlif istiqamətlərdə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox vacibdir. Bu mənada dövlət tərəfindən xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirilir. Ona görə də bu istiqamətdə ən mühüm dəyişikliklər təhsil sistemində aparılır. Bu gün təhsil siyasəti ümummilli liderimizin təməlini qoyduğu, möhkəmləndirdiyi etibarlı zəmin üzərində davam və inkişaf etdirilir.
Azərbaycanda son zamanlar təhsilin inkişafı ilə bağlı müəyyən addımlar atılır. Ümumi olaraq təhsil sisteminin inkişafına doğru atılan addımları müsbət qiymətləndirmək olar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müasir təhsil sahəsinin inkişafı üçün verdiyi qərarlar və imzaladığı sərəncamlar, fərmanlar, dövlət proqramları kifayət qədərdir. Bütün bu qərarların məqsədi isə birmənalı olaraq ölkədə keyfiyyətli təhsil sisteminin qurulması və müsbət nəticələrin əldə edilməsidir. Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumdakı çıxışında təhsilin zəruriliyini xüsusi olaraq vurğulamışdı.
Milli Məclisin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif təhsil proqramlarının hazırlanması istiqamətində tövsiyyələri ciddi əhəmiyyət daşıyır: “Elm və Təhsil Nazirliyi, eyni zamanda, ayrı-ayrı qurumlar bununla bağlı tapşırıqlara ciddi yanaşmalı, müvafiq addımlar atılmalıdır. Bu işdə müasir tələblər də nəzərə alınmalıdır. Bu məqsədlə proqramlar elm, təhsil, mədəniyyət sahəsində maarifləndirici mövzuların baxımlılığını artırmaq üçün gələcəyin tələblərinə, problemlərinə uyğun formatda hazırlanmalıdır. Elm və Təhsil Nazirliyi səyləri gücləndirməlidir. Çünki dünyada yeni tendensiyalar, müxtəlif yanaşmalar bunu tələb edir. Azərbaycan da təhsil proqramlarının təkmilləşdirilməsinə xüsusi diqqət göstərməlidir”.
Onun sözləri görə, bəzən təhsil proqramları ilə tədris proqramları qarışıq salınır, məqsəd və mahiyyət eyniliyi olsa belə bunlar tam fərqli anlayışlardır: “Təhsil proqramı ediləcək hər hansı bir işin hissələrini, bu hissələrin sırasını və vaxtını göstərən layihənin planlaşdırma şəklinə çevrilmiş formasıdır. Təhsil Standartına müvafiq hazırlanmış əsas təhsil proqramının quruluşu cəmiyyətin müasir bilik əldəetmə metoduna qoyduğu tələblər nəzərə alınaraq təhsil paradiqması dəyişdirilib, yeni məzmun, yanaşmalar, metodlar təqdim edilib. Təhsil proqramının quruluşu, məzmunu, tələbləri Dövlət Təhsil Standartının tələbləri ilə müəyyən edilir. Belə bir proqram fəaliyyətin məqsədi, planı, tətbiqetmə metodları və yollarının göstərildiyi və mübahisələndirildiyi bir sənəddir. Tədris proqramı isə hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən formatdır. Tədris planı hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəddir”.
Deputat qeyd edib ki, müxtəlif elmi- kütləvi, mədəni- maarif, təhsil proqramların hazırlanması ciddi peşəkalarlıq tələb edir: “Bu baxımdan həmin proqramlar hazırlanarkən Elm və Təhsil Nazirliyi ciddi mütəxəssislərdən ibarət heyət toplanır. Hesab edirəm ki, proqramların hazırlanmasında peşəkarlıq ortaya qoyulur. Cənab Prezident elm və təhsil naziri Emin Əmrullayevi qəbul edərkən də ona verdiyi xüsusi tapşırıqlar arasında bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib. Bu baxımdan hesab edirəm ki, mütəmadi olaraq elmi-kütləvi və mədəni təhsil proqramlarının hazırlanması təkmilləşdirilməlidir. Bununla bağlı müvafiq təcrübə öyrənilməlidir. Çünki cəmiyyət inkişaf etdikcə təhsildə yeni çağırışlar yaranır. Gənc nəslin təlim- tərbiyə prosesində də bu kimi tədbirlər mühüm əhəmiyyət daşıyır. Ümumilikdə isə nazirliyin də bununla bağlı konkret tələbləri var”.
C.Məmmədov qeyd edib ki, təhsil proqramlarının hazırlanmasında zamanın tələbləri nəzərə alınmalıdır: “Hesab edirəm ki, bu istiqamətdə işləri sürətləndirmək, geniş təkmilləşdirmələr aparmaq lazımdır. Eyni zamanda, postmüharibə dövrünün çağırışlarından irəli gələn məsələlər də bu proqramlarda yer almalıdır. Xüsusilə şagirdlərin milli-mənəvi dəyərlərə yiyələnməsi, vətənpərlik ruhunda böyüməsi baxımından da tədbirlər böyük əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə qeyd olunan tədbirlərdə bu xəttin əsas götürülməsi də vacib istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olmalıdır”
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

