Milli dəyərlərimiz kimliyimizdir...
09.08.2023 [11:30]
Milli-mənəvi dəyərlər xalqımızın mövcudluğunun vacib atributlarından biridir. Bu dəyərlər Azərbaycan mədəniyyətinin zənginliyindən, qədim köklərə sahib olmasından xəbər verən başlıca meyarlardandır. Bayramlar, yığıncaqlar, xeyir və şər mərasimləri adət-ənənələri təbliğ edən, onları gənclərə və gələcək nəsillərə aşılayan əvəzolunmaz vasitəçilərdir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.
Azərbaycanda adət və ənənələrin qorunub saxlanılması və bu müstəvidə daha güclü və dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər günümüzdə də davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiq olmasına diqqəti cəlb edərək deyib: “Azərbaycan xalqı daim öz milli köklərinə, adət və ənənələrinə bağlı olub. Bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.
Tarixi faktların öyrənilməsi vacibdir
Folklorşünas Məhəmməd Məmmədlinin “Yeni Azərbaycan”a açıqlamasına görə, milli adət və ənənələrimiz xalqımızın əsas sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətlərində ləyaqətlə yaşatmaq hər bir tədris tərbiyə müəssisəsinin, hər bir azərbaycanlının müqəddəs borcudur: “Müasir dövrdə milli adət-ənənələrimizdə bədii-estetik duyumu aşkar edən tarixi faktların və mənəvi-emosional materialların öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bədii-estetik dəyərlərlə milli-ənənəvi təkamülün vəhdətinin araşdırılması, mədəni varisliyin davam etməsində incəsənət sahəsindəki tarixi təcrübənin rolunun dəqiqləşdirilməsi əsas yer tutur. Bu məqsədlə Azərbaycanın musiqi, teatr, təsviri incəsənət tarixinə, dünya muzeylərində mühafizə olunan milli sənət nümunələrimizə istinad edilir. İncəsənətin müxtəlif sahələrinə aid olan kitablar, qəzet və jurnal məqalələri, muzey eksponatları təhlil olunur və araşdırılır”.
Elimizin toy adəti
M.Məmmədli qeyd edib ki, milli mədəniyyətimizin müxtəlifliklərini öz üzərində daşıyan, qədim və zəngin adət-ənənələrə söykənən toy şənlikləri Azərbaycanın həyat tərzinin, məişətinin önəmli bir parçası olub, əsrlər boyu özünəməxsus şəkildə təşkil olunmağa davam edib: “Bu böyük şənliyin bir-birinin ardınca qeyd edilən yığıncaqları- elçilik, nişan, xınayaxdı və.s öz zəngin xüsusiyyətləri ilə xalqımızın həyatında önəmli yerini tutur. Toy mərasimlərinin təntənəsi və zənginliyi incəsənətdən də yan ötməyib, daim sənətkarların diqqət mərkəzində olub.
Toy xalqımızın ən qədim adətlərindəndir və özünəməxsusluğu ilə seçilir. Hələ “Kitabi-Dədə Qorqud” dastanında toy adətlərimizi detalları ilə görürük. Məsələn, elin gənc oğlanları at çapmaqda, ox atmaqda yarış keçirər, pəhləvanlar güclərini sınayar, toya qırx gün, qırx gecə hazırlıq görülərdi. Toy təkcə iki gəncin taleyini birləşdirmir, o həm də iki tərəfin qohumlarının, dostlarının, qonşularının müştərək sevincinə, yeni qohumluq əlaqəsinin qurulmasına səbəb olur. Xüsusilə kiçik kənd toylarında demək olar ki, heç kəs evində oturmur, toyda iştirak etməkdən qaçınmır. Beləliklə, toy şənliyi sadə dil ilə desək, “festival”a çevrilir. Bir çox rəssamlarımız toy mərasiminin bütün iştirakçılarının fəal rol oynadığı əyləncəli səhnələri də kətan üzərinə köçürməyi unutmayıblar. Belə rəssamlarımızdan biri də Fikrət İbrahimlidir”.
Mənəvi dəyərlər sistemimiz
Folklorşünas qeyd edib ki, xalqımızın əsrlər boyu yaratdığı adət və ənənələr dövlət səviyyəsində qayğı ilə əhatə olunduqca hər bir vətəndaşın mənəvi irsə, mədəni köklərə bağlılığı daha da artır: “Mədəniyyət müəssisələri isə bu qayğıdan istifadə edərək adət və ənənələrimizin, milli yaradıcılıq təcrübəmizin inkişafına əsaslı zəmin yaradır. İndiki mərhələdə mədəniyyət müəssisələri dini bayramlarımızın təntənəli şəkildə keçirilməsi üçün də konkret proqramlar hazırlayır. Həmin bayramın ictimai, mədəni əhəmiyyətini artırmaqdan ötrü bədiiemosional vasitələrdən istifadə edirlər.
Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri, bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

