165 il öncə çalınan saat zəngi...
30.05.2024 [10:55]
“Big Ben” layihəsi necə həyata keçirilib?
Böyük Britaniyanın əsas görməli yerlərindən biri olan Vestminster Sarayının saat qülləsi bütün dünyada tanınır. Onu “Big Ben” də adlandırırlar. “Big Ben” həm də qüllədə quraşdırılan 13,7 ton ağırlığında zəngin adıdır. Bu zəng son dərəcə dəqiqdir və yüksək səsi ilə tanınır. Qüllənin özü də kifayət qədər nəhəngdir, diametri 2,7 metrdir.
Ümumiyyətlə, “Big Ben” layihəsi memarlıq və mühəndislik mükəmməlliyinin görkəmli nümunəsidir. Saat Böyük Britaniyanın və Londonun simvoludur. “Big Ben” bu gün dəqiq və etibarlı saat, həmçinin Britaniya tarixi və mədəniyyətinin göstəricisi kimi xidmət edir.
Niyə “Big Ben” adlanır?
Saatın nə üçün belə adlanması və tarixçəsi barədə məlumat olduqca maraqlıdır. Qeyd edək ki, “Big Ben” saat qülləsində yerləşən zəngin qeyri-rəsmi adıdır. Ləqəbin mənşəyi isə tamamilə məlum deyil. Çünki hələ də müzakirə olunan bir neçə nəzəriyyə var. Belə ki, ləqəbin birinci hissəsi “Big” (böyük) aydındırsa, ikinci hissə “Ben” sözünün hardan gəldiyi qeyri-müəyyəndir.
Ben kim idi?
Bəziləri “Big Ben”in ləqəbinin Benjamin (Ben) Komtedən gəldiyini iddia edir. Benjamin Komte məşhur britaniyalı boksçu olub. Onun boyu 188 sm, çəkisi isə təxminən 110 kq idi. Böyük bədən ölçülərinə və gücünə görə onu Biq Ben adlandırdılar.
Ser Benjamin Hall
Başqa bir versiyaya görə, zəng qeyri-rəsmi adını çelsli inşaat mühəndisi və siyasətçisi, İcmalar Palatasının üzvü Ser Benjamin Hallın şərəfinə alıb. O, 1834-cü il yanğınından sonra Parlament Evlərinin yenidən qurulmasının son mərhələlərinə, xüsusən də sözügedən qüllənin quraşdırılmasına nəzarət edib. Ser Benjamin haqqında olan başqa bir informasiya da var: O, uzunboylu adam idi və həmkarları onu zarafatla Biq Ben adlandırırdılar.
“Big Ben” layihəsi və memarlar...
Big Ben layihəsi 19-cu əsrin ortalarında Britaniya parlamentinin Vestminsterdə yeni parlament binası tikmək qərarına gəlməsi ilə başladı. Lakin tikintiyə başlamazdan əvvəl Britaniya sabitliyi və demokratiyasının simvoluna çevriləcək saat qülləsi yaratmaq lazım idi. Ən yaxşı saat qülləsinin dizaynı üçün açıq müsabiqə keçirildi. Memar Augustus Puginin təklif etdiyi dizayn ən yaxşısı seçildi. Saat ustaları Edvard Dent və Con Riqteyt saat qülləsinin tikintisinə və saat mexanizminin yaradılmasına cavabdeh idilər. Onların layihəsinə əsasən, “Big Ben” saatının dəqiqliyini və etibarlılığını təmin etməli olan saat mexanizmi yaradılmışdı.
7 ilə başa gələn tikili...
Qüllənin tikintisinə 1856-cı ildə başlanılıb və 7 il çəkib. Qüllə neoqotik üslubdadır və daşdan tikilib. Hündürlüyü 96 metrdir. Qüllədə quraşdırılan saat ən müasir texnologiyalar nəzərə alınmaqla yaradılıb və dünyanın ən dəqiq və etibarlı saatlarından birinə çevrilib.
30 may 1859-cu ildə Vestminster saatının zəngi bütün Londonda ilk dəfə çalındı. Belə bir rəvayət var ki, həmin gün Britaniya parlamentində qülləyə ad seçmək üçün xüsusi iclas keçirilib. Deyilənə görə natiqlərdən biri Ser Benjamin Hall olub. O, çox təsirli və uzun bir nitq söyləyir. Bundan sonra izdihamın arasından bir nəfər qışqırıb deyir: “Niyə çıxışını qülləni “Big Ben” adlandırıb başa vurmursan?”. Doğrudur, bu hekayənin reallığına dair heç bir sübut yoxdur. Hər halda 19-cu əsrdə Britaniya xalqı öz məşhur saatlı qülləsini “Big Ben” adlandırdı və bütün dünya onu belə tanıyır. Saat artıq 165 ildir ki, “yorulmadan” zamanı göstərir və demək olar, heç vaxt dayanmayıb...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

