Alimlərdən möcüzəvi kəşf: Pəhriz saxlamadan arıqlamaq mümkündür
19.09.2024 [07:25]
Alimlər qəhvəyi yağ toxumasından PHD2 genini çıxararaq orqanizmdə maddələr mübadiləsini sürətləndirə biləcəklərini aşkar ediblər. Bu kəşf pəhriz saxlamadan daha çox kalori yandırmağa imkan verir. Bundan əlavə, araşdırmalar bunun piylənmə və 2-ci tip diabet kimi artıq çəki ilə əlaqəli xəstəliklərin müalicəsi üçün yeni yollar aça biləcəyini ifadə edib. Alimlər müəyyənləşdiriblər ki, orqanizm pəhriz saxlamadan daha çox kalori yandıra bilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Nottingham Trent Universitetinin tədqiqatçıları qəhvəyi yağ toxumasından PHD2 geninin çıxarılmasının orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olduğunu aşkarlayıblar. “Nature Communications” jurnalında dərc edilən nəticələr geni olmayan siçanların əhəmiyyətli dərəcədə daha çox yemək yeməsinə baxmayaraq, PHD2 geni olanlara nisbətən 60 faiz daha çox kalori yandırdığını göstərib.
PHD2 soyuq havada insanı isti saxlayan bir toxuma növü olan qəhvəyi piylərin tənzimlənməsində əsas rol oynayan gendir. NTU Elm və Texnologiya Məktəbinin tədqiqatçısı Zoi Michailidou bildirib ki, nəticələr piylənmə, 2-ci tip diabet və artıq çəki ilə əlaqəli digər xəstəliklərin müalicəsi üçün yeni üsullara yol aça bilər: “Genin təsirinin azaldılması artıq çəki ilə 2-ci tip şəkərli diabet arasında əlaqəni poza bilər. Bu nəticələr yüksək risk altında olan insanlar üçün çox vacibdir. Bunun hələ erkən olmasına və insanlarda daha çox araşdırmaya ehtiyac olmasına baxmayaraq, PHD2 geninin yağ toxumasından çıxarılması maddələr mübadiləsini artıracaq və daimi pəhrizə ehtiyac olmadan kilo itkisi davamlı olacaq”.
Alimlər oksigen səviyyəsinin dəniz səviyyəsindən aşağı olduğu yerlər və ya yüksək hündürlükdə olmağın insanın maddələr mübadiləsini sürətləndirə biləcəyini diqqətə çatdırıblar. Beləliklə, komanda tədqiqatçıların “orqanizm üçün oksigen sensoru” kimi təsvir etdiyi PHD2 genini qəhvəyi yağ toxumasından çıxararaq bu yüksək hündürlük effektini təqlid edə biləcəklərini görmək istəyib.
Tədqiqatçılar, siçanlar üzərində aparılan testlərdən sonra PHD2 geninin təsirini daha yaxşı başa düşmək üçün 5000-dən çox insanın qanını analiz ediblər. Onlar PHD2 geni tərəfindən kodlanan PHD2 zülalının səviyyəsinin daha çox qarın piyi olanlarda daha yüksək olduğunu müəyyənləşdiriblər. Qrup, həmçinin bu genin diabet və tiroid xəstəlikləri kimi metabolik xəstəliklər riskinin artması ilə əlaqəli olduğunu aşkarlayıb. Dr. Z.Michailidou açıqlamasında bildirib: “Qəhvəyi yağ, soyuq temperaturlara məruz qaldıqda insanlarda daha aktiv olan kalori yandıran toxumanın xüsusi bir növüdür. Yağ hüceyrələrinin oksigeni hiss etməsinə imkan verən bir zülalın məhv edilməsi ilə biz kalori yandırmasının siçanlarda baş verə biləcəyini göstərə bildik”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

