Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

01.08.2026 [19:17]

Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasına mühüm təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, banan, kartof, ispanaq, lobya və avokado kimi kaliumla zəngin məhsulların qəbulu orqanizmdə natriumun təsirini balanslaşdırmağa kömək edir.

Araşdırma müəlliflərinin fikrincə, yüksək qan təzyiqi ilə mübarizədə əsas diqqət natrium və kalium arasındakı tarazlığa yönəldilməlidir.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə hipertoniya ilə bağlı qidalanma tövsiyələrinin yenilənməsinə və ürək-damar xəstəlikləri riskinin azaldılmasına töhfə verə bilər.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31