/ / İnfinitiYaxın Şərqdə əldə etdiyi rekord göstəricilərlə uğurunu artırmağa davam edir
İnfinitiYaxın Şərqdə əldə etdiyi rekord göstəricilərlə uğurunu artırmağa davam edir
01.09.2015 [14:14]
İnfiniti 2015-ci ilin birinci yarısında nail olduğu təsirli göstəricilərlə Yaxın Şərdə Q1-in uğurunu artırmağa davam edir. Regionun ən sürətlə inkişaf edən premium avtomobil brendlərindən biri olaraq İnfiniti satışlarını 24% artıraraq 4200 maşın satmışdır - yəni, premium avtomobillər bazarının göstəricilərindən dörd dəfə çox.
"İnfiniti Yaxın Şərq"in İcraçı Direktoru Cuergen Schmitz bildirmişdir ki, bu rəqəmlər maşınlarımızın Yaxın Şərqdə müştərilərimiz üçün təmin etdiyi üstün avtomobil təcrübəsinin təzahürüdür.
İyun ayının rəqəmlərini xüsusilə qeyd etmək lazımdır. İnfiniti satışlarını keçən ilin eyni müddəti ilə müqayisədə 63% artıraraq 825 avtomobil satmışdır. Bu, "İnfiniti Yaxın Şərq"in tarixində ən yaxşı göstəricisidir.
"Bu yaxınlarda biz Q70 lüks sedanını buraxmışıq və inanırıq ki, o, təsirli nəticələri davam etdirməyə kömək edəcək. Bundan əlavə, biz bir-iki gözlənilən yeni həyəcanlandırıcı elanla fikrimizi şəbəkəmizin genişləndirilməsinə yönəltmək istəyirik. İnfiniti ilə biz əminik ki, böyük nəticələr göstərməyə davam edəcəyik, lakin bundan da önəmlisi müştərilərimizə İnfiniti-nin üstün avtomobil təcrübəsini yaşadacağı vədinin gerçəkləşməsini təmin edəcəyik", Schmitz əlavə edib.
İnfiniti-nin tam yeni Q50 modeli Yaxın Şərqdə heyrətləndirici uğur əldə edir. 2015-ci ilin ilk yarısında 314% artımla dünyanın ilk dəfə buraxılmış iki yeni texnologiyası - elektron sükan idarəetməsi ("DirectAdaptiveSteering") texnologiyası və Zolaqda hərəkət yardımçısı ("ActiveLaneControl") ilə təchiz edilmiş 889 avtomobil satılmışdır.
İnfiniti-nin SUV cərgəsi öz regional uğurunu daha da artırmışdır. Infiniti QX50 60% artımla öndə olmuş, QX60 isə 29% artıma nail olmuşdur. Məşhur QX70 və tam ölçülü QX80 illik göstəricilərini yaxşılaşdırmağa davam edərək müvafiq olaraq 7% və 5% artım qeyd etmişdir.
Şəbəkənin keçən il Səudiyyə Ərəbistanı Krallığına genişləndirilməsi ilə də bazarda satış gəlirləri əldə edilməyə başlanmışdır və keçən ilin eyni dövrü ilə müqayisədə 322% artım əldə etmişlər.
Schmitz: "Səudiyyədə təsirli nəticələr görmək gözəldir, çünki Səudiyyə Ərəbistanı İnfiniti üçün əsas bazar olmaqda davam edir. Yeni maşınlarımızın buraxılması Krallıqda əldə etdiyimiz nəticələrimizin göstəricisi olaraq uğurlu olmuşdur. Biz güclü platformamızı qurmağa davam edəcəyik və gələn il də bu tempi qoruyacayıq".
İnfiniti 2015-ci ilin birinci yarısında bütün dünyada rekord sayda, yəni 103,500 yeni avtomobil satmışdır və bu, keçən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir.
2014-cü il üzrə ən yaxşı nəticələr fonunda İnfiniti daha bir tarixi nəticə göstərərək ilk dəfə olaraq ilk altı ay ərzində 100,000-dən çox maşın satmışdır. 2015-ci ilin birinci yarısında 4000-dən çox avtomobil təqdim edilmişdir
İnfiniti son iki il ərzində təqdim edilmiş məşhur konsept avtomobilləri - Q30 Concept, Q60 Concept və QX30 Concept-in əsasında öz portfoliosunu daha da genişləndirməyi planlaşdırır. Q30-un istehsal versiyası bu ilin sentyabr ayında Frankfurt Avto Şousunda açıqlanacaq. Maşın bu ilin sonuna kimi Avropada, sonra isə digər bazarlarda satışa çıxarılacaq. Q30 ilə Infiniti ilk dəfə olaraq kompakt seqmentinə daxil olacaq.
Genişləndirilmiş məhsul portfoliosu ilə İnfiniti həmçinin öz istehsal sahəsini və diler şəbəkəsini də artırır. 2014-cü ildə İnfiniti Çinin Syanyan şəhərində avtomobil istehsalına və ABŞ-ın Tenesi ştatının Deçerd şəhərində Mühərrik və sürət qutularının istehsalı üzrə zavodda mühərrik istehsalına başlamışdır. Bu il ərzində İnfiniti Böyük Britaniyada Sanderland şəhərində Q30-un istehsalına başlayacaq. Brend 2015-cü ildə bütün dünyada öz diler şəbəkəsini təxminən 9% genişləndirərək, sayını 490-a çatdırmışdır və bu rəqəmi fəal olaraq artırmağa davam edir.
İnfiniti Motor Company Ltd. şirkətinin baş ofisi Honq Konqda yerləşir və 50-dən çox ölkədə satış nöqtəsi var. İnfiniti brendi 1989-cu ildə buraxılmışdır. Premium avtomobillərin cərgəsi hazırda Yaponiya, ABŞ və Çində yerləşən istehsal zavodlarında qurulur. Birlşmiş Krallıqda istehsal 2015-ci ildə başlayacaq və brendin portfoliosunu önəmli dərəcədə genişləndirəcək. İnfiniti 2017-ci ilədək istehsalı Meksikayadək genişləndirməyi planlaşdırır.
Red Bull komandasının Baş Partnyoru kimi İnfiniti FGA "Formula-1"in dünya çempionatının dördqat qalib komandası ilə uzaqməqsədli texniki əməkdaşlığı həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

