Uzaq “qonşularımız” niyə gəlmişdilər?
15.02.2023 [11:25]
Müəmmalı UNO-ların “aşkar” səfərləri...
Şahanə XANKİŞİYEVA
İnsanlar ucsuz-bucaqsız qalaktikada Yer kürəsindən başqa planetdə yaşayış olub-olmadığının daim axtarışındadırlar. Bu səbəbdən bəzi insanlar digər planetlərdə həyatın mövcudluğu barədə fərqli fikirlər irəli sürürlər. Belə fikirlərin yaranması da elə yad cismlərin görülməsi ilə başlayıb.
“Qonşular” haqqında nələri bilirik?
Uçan naməlum obyektlər (UNO) və ya UFO (Unidentified Flying Object) meteoroloji yaxud astrologiya elminə bağlı olmayan, eləcə də təbii xarakter daşımayan, bizə yad olan obyektlərdir. Bu cisimlər dəfələrlə təkcə səmada yox, həm də su hövzələrində görünüb. İlk dəfə görünməsi isə 1800-cü illərə təsadüf edir. Sözü gedən naməlum obyektlərə Bermud üçbucağı adlanan ərazidə tez-tez rast gəlindiyi deyilir. Zooloq, arxeoloq Dr. Manson Valentin Bermuddakı ÜNO (üzən naməlum obyektlər) müşahidələrində belə bəhs edir: “Bu bölgədəki rast gəldiyim hadisələr başqa yerlərdə qarşılaşdıqlarımdan daha çoxdur. Yaxın zamanlarda bölgədə təyyarə olmayan hava cisimləri və dənizaltı gəmi olmayan cisimlər müşahidə olunub”.
Bu cisimlər 1800-cü ilin ortaları, daha dəqiq desək, 1845-ci ildə Antalyada, 1875-ci ildə Meksikada, 1879-1890-cı illərdə isə Çin dənizində görülüb. Deyilənə görə, yuvarlaq, gur işıq saçan bir görünüşü var. Qəribə olan məsələlərdən biri də budur ki, yadplanetlilər sahəsində araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər. Bunlardan biri ötən əsrin 80-ci illərində professor Arşad Şarifin “qəribə intiharı”dır. Onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəbini heç kim araşdıra bilməyib. UNO sahəsində araşdırma aparan bir çox alimlərin ölümünə nəzər saldıqda həqiqətən təəccüblənməmək əldə deyil. Ümumilikdə, UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayı 23-dür. Bu isə özlüyündə insanların ağlında yadplanetlilərlə bağlı təzadlı fikirlər yaradır. Yadplanetlilərin gəlməsi ilə yanaşı, onlar tərəfindən qaçırıldığını bildirən ilk şəxs braziliyalı Antonio Villaş-Boaş idi. Ancaq onun sübutu olmadığı üçün məsələyə ötəri yanaşılmışdır. Yadplanetlilərin qaçırdığı təkcə Brazilya vətəndaşı deyil, azərbaycanlı Salman Cavadov da qaçırıldığını iddia edir. Təəssüf ki, bu təmasların da birbaşa sübutu olmayıb. Bunun bir neçə səbəbi var - “oğurlananların” hekayələrinə az adam inanırdı, müxtəlif fotoşəkillər və video kadrlar isə inam yaratmaq üçün kifayət qədər keyfiyyətli deyildi.
Azərbaycan ərazisində isə bu cisimlərə 20-ci əsrdə, Xəzərətrafı ərazilərdə rast gəlindiyi deyilir. Xəzər dənizinə UNO-ların marağı XIX əsrə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətdən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib. Alimlərin fikrincə, UNO-lar Xəzər dənizindən enerjidoldurma məntəqəsi kimi istifadə edir. Buna səbəb dənizin tektonik dərinliyində çox böyük enerji resurslarının olmasıdır. Xəzər dənizinin dibində başqa planetdən gələnlərin bazası olduğu da bu kimi fikirlərdən biridir .
SSRİ dövründə “Başkosmos”un tədqiqat qrupu yaradılsa da, onun süqutu ilə bərabər komanda da dağılmışdı. Akademik T. K. İsmayılov tərəfindən yaradılan həmin ufologistlərin taleyi də bununla sona çatmışdı.
Uzaq planetlərdən gələn bu “qonaqlar” barəsində filmlər də az deyil. Bunlardan biri də 2014-cü ildə çəkilən “PK” Hindistan filmidir. Film tədqiqat missiyası üçün yer üzünə gələn yadplanetlinin hekayəsindən bəhs edir. Anlaşılan odur ki, bu cisimlər ufoloqlardan başqa, sıravi insanların və kino sahəsinin də diqqətindədir.
Uzaq qonşular yenidən gündəmdə
Son günlər ABŞ, Meksika, Kanada (Alyaska yarımadası) səmalarında yad cisimlərin görünməsi sensasiya yaradaraq, aktual mövzuya çevrilib. Belə ki, xarici KİV-də ABŞ prezidenti Co Baydenin və Kanada baş naziri Castin Trudonun həmin cismin vurulması ilə bağlı açıqlama verdikləri yazılır. Naməlum obyektin vurulduqdan sonra qalan parçalarının araşdırıldığı da qeyd edilib. Bununla yanaşı, başqa ərazilərdə də bu cismin əlamətlərinə rast gəlindiyi vurğulanır.
Amma amerikalı ufoloqlar bu barədə hələ də susmağa üstünlük verirlər. Xatırladaq ki, son 2 ildə ABŞ-ın Florida və Arizona ştatlarının səmalarında da UNO-lara dəfələrlə rast gəlinmiş, lakin bunun haqqında da yetərincə araşdırma aparılmamışdır.
Amerika hərbçiləri də bu naməlum obyektlərin səmaya haradan və necə gəldikləri barədə məlumatsız olduqlarını deyirlər. Xarici KİV-lər ABŞ hərbi hava qüvvələrinin mütəxəssislərinin fikirlərinə də yer ayırıb. Onlar deyiblər ki, son vaxtlar Çindən start götürən və sonda Amerika səmasında görünmüş “casus şarları” peyda olandan sonra səmadakı prosesləri daha diqqətlə izləyirlər.
Rusiyalı ufoloqlar isə bu son görüntüləri ABŞ-ın mistik düşüncəsi kimi qiymətləndiriblər.
Əslində isə nə baş verdiyi hələ də naməlum olaraq qalır.
Sosial şəbəkələrdə də video və fotoları yayılan bu cisimlər barəsində müxtəlif fikirlər sərgilənir. Bəziləri “UNO istilası olacaq” deyir, bəziləri isə bunu “Amerikanın öz icadlarıdır, “51-ci bölgə”də hazırlayıb, dünyanı məhv edəcək” kimi fikirlərlə ajiotaj yaratmağa çalışırlar. Təbii ki, bu fikirlər ufoloqlar, yaxud araşdırmaçı alimlərin fikirləri deyil, sadə insanların təhlükə hiss etdikləri vaxt uydurmalarıdır.
Yaxın olmasa da, ən azından fərziyyələrə görə uzaqdakı qonşularımız sayılan bu yadplanetlilər, uzun müddət insanların marağında olacaq...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

