“Sağlamlığın dostu”
26.10.2023 [11:55]
Xalq təbabəti
Mikayıl
Bibəriyə - Rozmarin (lat. Rosmarinus) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dodaqçiçəklər (Lamiceae) fəsiləsindəndir. Həmişəyaşıl, çoxillik kol bitkisidir. Vətəni Aralıq dənizinin qərb sahilləridir. Azərbaycanda park və bağlarda dekorativ bitki kimi becərilir. Uzun müddətli şaxtalarda bitkinin aşağı hissəsi məhv olur. Yarpaqları iynə şəklindədir. Açıq sahələrdə 2 m-ə qədər uzana bilər. Çiçəkləri bənövşəyi rəngdədir. Ətirli çiçəkləri var. Meyvələri fındıqcadır. Yazdan başlayaraq payızın axırlarına kimi çiçəkləyir. Az qulluq tələb edən bitkidir.
Rozmarini "sağlamlığın dostu" adlandırırlar. Bu bitki qaraciyərdəki yağları kontrol edər və həzm sistemi üçün çox faydalıdır. Rozmarin bitkisi ödü dəf edər, qəbizliyi aradan qaldırar. Bu ətirli bitki həm də sidikqovucudur. Ona görə də böyrəklərə müsbət təsir qoyar. Revmatizm xəstəliyinin qarşısını alar. Əgər böyrəklərinizin daş bağlamasını istəmirsinizsə, rozmarin bitkisinin sorağına gedin. Bu bitkinin qaynadılmış halı öskürəyə xeyirlidir. Mütəxəssislərin nəzərinə görə rozmarin bitkisi əsəbləri sakitləşdirir, yuxusuzluğu və stressi dəf edir. Qədim yunanlılar hafizələrini gücləndirmək üçün bu bitkidən istifadə edirdilər. Əgər saçlarınızın uzun və gur olmasını istəyirsinizsə, bu bitkiyə müraciət edin. Rozmarin bitkisinin bütün faydalı maddələri yarpaqlarında və güllərində toplanıb. Ən yaxşı yol onun qaynadılmış halından istifadə etməkdir. Bu ətirli bitkinin yarpaqlarını rahatlıqla dəmləyə bilərsiniz. Bunun üçün bir xörək qaşığı rozmarin bitkisini 1 stəkan su ilə 10 dəqiqə qaynadın. Gün ərzində bu çaydan 2 və 3 fincan içə bilərsiniz. Əgər revmatizm xəstəliyindən əziyyət çəkirsinizsə, üzərində gülü olan rozmarin budağını bir litr suya atın və əlinizi və ayaqlarınızı bu suya salın. Yaraların sağalması üçün yaxşı olar ki, bu bitkinin qurusundan istifadə edəsiniz. Bu bitkini qurutmaq və sonra onu döymək lazımdır. Əmələ gələn pudra yaranın üzərinə səpmək məsləhət görülür. Bu pudradan yüngül yaralarda istifadə etmək olar. Rozmarin bitkisinin yağı ağrıyan yerin masajı üçün faydalıdır. Bunun üçün bu yağla badam yağını qarışdırıb istifadə etmək olar.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

