Azərbaycan tarixinin böyük diplomat xanımı
23.12.2023 [16:56]
Mikayıl
Azərbaycan qadını tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. Təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə adı ilk xanım diplomat kimi daxil olan Sara Xatun da belə məşhur qadınlarımızdandır.
O, böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.
Pirəli bəyin qızı, Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatun Bayandur elində dünyaya gəlmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun Ağqoyunlu dövlətinin idarə olunmasında yaxından iştirak edirdi. Bu dövlətin möhkəmlənməsində, xarici ölkələrlə diplomatik əlaqələrinin yaranmasında böyük rol oynayırdı. Uzun Həsən bütün xarici siyasət məsələlərini anası ilə məsləhətləşir, ən məsul diplomatik danışıqlara onu göndərərdi.
Sara Xatun Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmışdı. Sultan II Mehmetin düşərgəsinə yollanan Sara Xatunun qarşısında çətin vəzifə dururdu. O, Osmanlı sultanını ağqoyunlular üzərinə hücumdan daşındırmalı idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun sultanın hərbi düşərgəsində yaxşı qarşılandı. Özünün bütün diplomatik ustalığını işə salaraq oğlunun tapşırığını yerinə yetirə bildi. II Mehmed Ağqoyunlu dövləti ilə müharibə etmək fikrindən vaz keçərək sülhə razı oldu. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti vardı. Məhz Sara Xatunun bağladığı bu müqavilə sayəsində Türkiyə ilə döyüşmək iqtidarında olmayan kiçik Ağqoyunlu dövləti öz varlığını və müstəqilliyini qoruyub saxlaya bildi.
Sara Xatunu hətta Avropa ölkələrində tanıyırdılar. Məsələn, Azərbaycana göndərilən Venesiya elçiləri Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək barədə tapşırıq almışdılar.
Ağqoyunlu dövrünün salnaməçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gəlir və Rüstəm Tərxanın düşərgəsində olur. Onun ordusunun təsəvvür etdikləri gücdə olmadığını görüb Uzun Həsənə bu məzmunda xəbər yollayır: Dayanmayıb hücuma keç, qələbə sənin olacaq”. Rəqib ordusuna ani bir nəzər salmaqla qüvvələr nisbətini düzgün qiymətləndirməsi Sara Xatunun hərbi intuisiya və səriştəsindən xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin qoşunu Rüstəm Tərxanın düşərgəsinə hücum edərək onu darmadağın edir.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00

