Dünyanın qeyri-adi çayları...
14.03.2024 [11:15]
14 mart Beynəlxalq Çaylar Günüdür
Təbiəti möhtəşəm və ecazkar edən bir sıra nemətlər var. Bu sırada uca dağları, meşələri, şəlalələri, mavi gözlü gölləri və çayları qeyd edə bilərik. Məlumdur ki, çaylar hər bir ölkənin ekologiyasında eyni statusa malikdir. Təbiətə möhtəşəm görüntü verən çaylar, eyni zamanda, insanların ruhunun yenilənməsinə, estetik zövqünə mühüm təsir göstərir.
Çaylar haqqında geniş və maraqlı məqamları qeyd etmək olar. Dünyada qeyri-adi görünüşləri ilə seçilən çaylar var. Hansı ki, bu çaylar özünəməxsus görüntüsü ilə diqqətləri cəlb edir, eyni zamanda, həmin ölkələrdə olan turistlərin marağına səbəb olur.
Hər il göyqurşağı rənglərinə boyanır...
Kolumbiyada yerləşən Kanyo Kristales çayı hər il göy qurşağı rənglərinə boyanır. Çay bəzən çəhrayı, yaşıl, sarı və mavi rənglərdə axır. Kanyo Kristales xalq tərəfindən “5 rəngli çay”, “Cənnətə doğru irəliləyən çay”, “Axan göyqurşağı” kimi də tanınır.
Çayın davamlı dəyişən rəngləri Kolumbiyanın xüsusi sehiri kimi açıqlansa da, əslində, iyun və noyabr ayları arasında reallaşan təbiətin bir möcüzəsidir. Yaz və yay aylarında qısa müddətə də olsa, rəngarəng açan “Alg” adlı bitki çayı göyqurşağına bürüyür. İl ərzində yosuna bənzər bu bitkinin tünd yaşıl rəngdə göründüyü deyilir. Ancaq yağış mövsümü gəldiyində və su səviyyəsi artdığı zaman bitki çay üzərini örtən bənövşəyi, çəhrayı, sarı və yaşıl rənglər halında yayılır.
Quraq mövsümlərdə isə sular çəkildiyindən algların mövcudluğu azalır. Kolumbiyanın yağışlı mövsümündə çayın suları sürətlə axarkən alglar rəng dəyişdirmir. Yalnız sentyabr aylarında 2 və 3 həftə əlverişli şərtlərdə alglar rəngarəng bir görüntüyə sahib olur. Beləliklə, ortaya göyqurşağı kimi bir mənzərə ortaya çıxır.
Yay aylarında donan çay
Çinin Yunnan əyalətindəki Mavi Ay çayı turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Mineral sularla zəngin olan çayı yağış yağanda ağ palçıqlar və digər maddələr ağ rəngə boyayır. Buna görə də onu yerli əhali (Naxilər) Ağ su çayı adlandırır.
Çay dağdan axan qar və buzların əriməsi ilə qidalanır. Çayın maraqlı tərəfi isə yay aylarından donmasıdır.
Əfsanəyə görə, iki Naxi gənci bir-birinə aşiq olanda oğlan qıza olan sevgisini göstərmək üçün ayaqyalın çayın üzərində dayana bilib. Xalq da bu sevginin çay qurumadığı müddətcə var olacağına inanır. Çaya, eyni zamanda, yerli əhalinin qoyduğu “Sevgi çayı” deyə də xitab edirlər.
Ən çirkli çay...
Yeri gəlmişkən, Konqo ən dərin çay hesab olunur. Bundan başqa, dünyanın ən qısa çayı Rou adlanır. ABŞ-ın Montana ştatında yerləşən bu çayın qollarından birinin uzunluğu cəmi 17,7 metrdir. İndoneziyada olan Sitarium isə ən çirkli çaydır.
Yarlunq Sanqpo - ən yüksəklikdə yerləşən çaydır. Dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdədir. Rio-de-la-Plata isə ən enli çay hesab olunur. Uruqvay və Parana çaylarının qovuşması nəticəsində yaranan bu çayın eni 225 metrdir.
Hansı uzundur, Nil yoxsa Amazon?
Dünyada çoxlu çaylar var. Lakin onlar arasında hansının daha uzun olması maraqlıdır. Çayların uzunluğu isə müəyyən meyarlarla təyin olunur. Dünyanın ən uzun çayı hesab edilən Nil Afrikanın 10 ölkəsinin ərazisindən keçir və uzunluğu 6650 kilometrdir. Nilin iki əsas qolu var: Ağ və Mavi Nil.
And dağlarından başlayaraq Atlantik Okeanına tökülən Amazon çayı isə ikinci ən uzun çaydır. Lakin bu məsələdə müəyyən fikir ayrılıqları var. Bəzi tədqiqatçıların fikrincə, Amazon çayı Nildən daha uzundur. Onun uzunluğu 6259-6800 kilometr arasında dəyişir.
Qeyd edək ki, bu gün Beynəlxalq Çaylar Günüdür. Bu ekoloji təqvim 1998-ci ildə təsis edilib. Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36

