204 il öncə...
30.03.2024 [11:40]
Antarktida necə kəşf olundu?
Yeganə BAYRAMOVA
Dünyada yeddinci qitə olaraq tanınan, amma böyüklükdə, beşinci sırada duran Antarktida hər zaman insanların diqqətini cəlb edib. Bu qitə dünyanın ən soyuq və ən küləkli yeri olaraq da tanınır. “Antarktida” sözünün hərfi mənası “ayının qarşısında” deməkdir. Qədim yunanlar Şimali qərbdə yerləşən Böyük Ayı ulduzun şərəfinə bu qitəni “Arktikos” deyə adlandırırlar.
Antarktidanın mövcud olması barədə ilk fikirləri də eramızda əvvəl 350-ci ildə qədim yunanlar söyləyiblər. Qədim yunanlara Arktikanın olması məlum idi. Onlar belə bir mülahizə irəli sürürdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalılar, yəni Yeni Zelandiya adalarının qədim sakinləri tanış olublar.
Antarktidanın kəşfi və öyrənilməsi
Antarktida ən gec kəşf olunmuş materikdir. Məşhur ingilis səyyahı Ceyms Kuk naməlum cənub torpaqlarını kəşf etməyə çalışsa da, buzlaqlar buna mane olmuşdu. F.F.Belinshauzen və M.P.Lazarevin 1819-1821-ci il “Vostok” və “Mirnıy” gəmiləri ilə ekspedisiyası materikin kəşfi ilə nəticələndi. 1820-ci il 28 yanvar materikin kəşfi günü sayılır. 14 dekabr 1911-ci ildə isə Norveç səyyahı R.Amundsen ilk dəfə cənub qütbünü fəth etdi. 18 yanvar 1912-ci ildə İngilis səyyahı R.Skott qütbə gəlib çatmışdı. Materik kəşf olunduqdan sonra ABŞ, Böyük Britaniya, Avstraliya, Norveç və s. ölkələr pərakəndə halda tədqiqatlara başladılar. Antarktidanın hərtərəfli və planlı tədqiqi Beynəlxalq Geofizika ilindən (1957) sonra genişləndi.
Planetin sirli məkanı...
Antarktida 200 ildən çoxdur ki, alimlərin diqqət mərkəzində olsa da, bu qitə hələ də planetin ən sirli məkanlarından biridir. Maraqlıdır, Antarktidanın qalın buz örtüyü özündə hansı sirləri gizlədir?
Əsrarəngiz qədim meteorit
2015-ci ildə NASA alimləri Antarktidaya 30 min il əvvəl düşmüş bir meteorit aşkar etdilər. Həmin meteoritin Marsdan düşdüyü və tərkibində “Qırmızı planet”ə dair mikrobların olduğu aşkarlandı.
Qeyri-adi kəllələr
Arxeoloqların Antarktidanın Lapail bölgəsində apardığı qazıntılar zamanı aşkar etdikləri uzunsov kəllələr bütün elm dünyasının marağına səbəb oldu. Uzun formalı insan kəllələri hələ də sirr olaraq qalmaqdadır. Alimlərin fikrincə, bu kəllələr insan irqinə aiddirsə deməli, insan Antarktidanı min illər öncə fəth edib. Əgər belə deyilsə, onda burada yadplanetlilərin izi olduğu güman edilir.
Piramidalar Antarktidada forması Misir piramidaları ilə eyni olan bir neçə piramida mövcuddur. Onların bir zaman Antarktidada yaşamış protosivilizasiyaya aid olduğu, sonra bu insanların bütün dünyaya yayıldığı bildirilir.
Qəribə yumurta qoyan qəribə heyvan...
2009-cu ildə arxeoloqlar buzun içində donmuş, təxminən müasir pişik boyda qəribə yumurta qoyan heyvanın qalıqlarını tapmışdılar. Çox güman ki, bu cür heyvan qlobal istiləşməyə qədər Antarktidada yaşayıb.
Yüz illik viski
Tədqiqatçıların Antarktidada aşkar etdikləri bir-neçə yeşik şotland viskisi əsl tapıntı oldu. İçkinin dadı barədə heç nə məlum deyil. Çünkü alimlər hələlik şüşələri açmamağa qərar veriblər.
Buzlaq altında göl
Tədqiqatçılar Ross buzlağında 700 metr dərinlikdə çuxur qazdıqdan sonra onun altında yeraltı göl aşkar ediblər. Çox maraqlıdır ki, bu qalınlıqda olan buzun altında bir həyat var imiş. Aşkar olunmuş bu göldə müxtəlif kiçik balıqlar, meduzalar və anemonlar yaşayırmış.
Antarktidaya getmək qadağandır?
Antarktida 1820-ci ildə ruslar tərəfindən kəşf olunsa da, qitəyə rəsmi olaraq ayaq 1911-ci ildə basıldı. Lakin ora ayaq basacaq insan üçün Antarktida hələ də sirr olaraq qalırdı. İndi haqqında çoxlu əfsanələr dolaşan Antarktida haqqında kifayət qədər söz-söhbət var. Elə bu şayiələrdən biri də adi insanların Antarktidaya gedə bilməməsidir.
Antarktidaya getmək üçün viza almaga ehtiyac yoxdur. Çünki ora heç bir dövlətin deyil. Siyasi olaraq da heç bir dövlətə bağlı deyil. Bir çox dövlət bura iddalı olduğunu desə də, 1959-cu ildə qanuniləşdi. 1959-cu ildə 53 ölkə Antarktida müqaviləsinə qoşuldu. Bu müqaviləyə əsasən, bu qitədə hərbi əməliyyatların keçirilməsi, mədənçilik işinin aparılması, nüvə silahının sınağı qadağan edildi. Qitə yalnız elmi araşdırmalara açıldı. Sadə vətəndaş isə ora gedə bilər. Amma...
Bu amma maliyyə ilə bağlıdır. Çünki minimum 50 min dollara ehtiyacınız ola bilər. İlin hər bir zamanında Antarktida 1000 nəfər yaşayır. Oradakı Makmurdo səhraları dünyanən ən mikrobsuz yeridir. Ona görə elm adamları oranı Marsa bənzər yer adlandırıblar. Antarktidaya getmək isə qadağan deyil, oranı müstəmləkə etmək qadağandır.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36

