“Ögey ana” və “Fəryad”ın İsmayılı...
09.04.2024 [11:11]
Ceyhun Mirzəyevin doğum günüdür
Dünyaya gəldiyimiz andan artıq həyat yolumuz cızılmış olur. Nə qədər çalışsaq da, həmin cığırdan kənara çıxa bilmirik. O, atasının ikinci evliliyindən dünyaya gəlmişdi. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi ki, qadınını boşa, yenidən evlən, övladın olsun, amma 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı.
17 ildən sonra qadın dünyasını dəyişəndə yalnız ondan sonra ikinci dəfə evlənmişdi. Anası Marqarita xanım milliyətcə gürcüdür. Xanımın da ikinci evliliyi idi, birinci ərindən - İbrahim Məmmədəliyevdən bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı. Ceyhun dünyaya gələndə yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu.
Söhbət akytor və rejissor Ceyhun Mirzəyevdən gedir. Bu gün mərhum aktyorun anadan olmasından 78 il ötür. Ceyhun Mirzəyevin adı çəkiləndə ilk olaraq “Ögey ana” filmi və balaca İsmayıl yada düşür.
İsmayılın uşaqlığı...
C.Mirzəyev sənət taleyinin birinci dönəmində “Ögey ana”dakı İsmayıl, ikinci dövründə isə “Fəryad”dakı İsmayıl kimi iki əsr insanların yaddaşına yazılmışdı. Hələ uşaq olanda Azərbaycan Televiziyasında uşaq verilişlərində iştirak edirdi. Onu elə efirdən görüb bəyənən rejissor Həbib İsmayılov “Ögey ana” filmində İsmayıl roluna dəvət etdi. İsmayıl obrazını elə gözəl və inandırıcı yaratmışdı ki, baxanlar bu uşaqdakı istedada heyranlıqlarını gizlətmirdilər.
Bu film eyni anda neçə-neçə taleyi özündə birləşdirirdi. Həm Ceyhun Mirzəyevin özünün yetimliyi, ögey bacısının olması vardı, həm də baş rolu oynayan Nəcibə Məlikovanın taleyi filmdə öz əksini tapmışdı. Film çox sevildi, xüsusən İsmayıl və onun ögey anası. Görünür, hər iki obrazda onu yaradan aktyorların öz həyatından ştrixlərin olması hər şeyin təbii alınmasına çox ciddi təsir göstərdi.
“Ögey ana” filmindən sonra Ceyhun “Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968) “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989) - ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır. Sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı. İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Moskvada təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da bədii rəhbər işləyirdi. Rejissor kimi 100-dən çox süjet çəkmişdi.
Sevgisindən vaz keçmədi
Bir gün artıq gənc aktyor-rejissor Ceyhun Mirzəyev kino heyəti ilə Moskvaya qastrola getmişdi. Aktyorun həyat yoldaşı, baş ədliyyə müşaviri mərhum Lidiya Mirzəyeva C.Mirzəyevlə bağlı xatirələrində qeyd edir: “Onun 18, mənim 17 yaşım vardı. Bizi məktəbdən Moskvaya aparmışdılar. Orada olduğumuz zaman eşitdik ki, Azərbaycandan artistlər də buradadır. Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə onları canlı şəkildə Bakıya yola salanda gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu da o qonaqlıqda xərcləyib. Bir-birimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az acıladım. Bu, bizim son danışığımız oldu”.
Lakin düz 8 ildən sonra Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Onlar 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir: “Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var - Ceyhun və Cəmalə. Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq, kövrək adam idi ki... Ehtiyacı olan hər kəsə əl tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi”.
C.Mirzəyevin rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmi olub. Onun ardınca “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” filmi isə sonuncu filmidir. Elə bil nəyisə duyubmuş kimi “Ögey ana”dakı İsmayıl obrazının sonrakını taleyini gətirib “Fəryad” filmi ilə bağladı. Bu, Ceyhun Mirzəyevin aktyor və rejissor kimi axırıncı işi olur. “Fəryad” onun haqsızlıqlara qarşı son fəryadı idi...
“Fəryad”la bitən həyat yolu..
Lidiya xanım danışırdı ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmayıb: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan heyıf çıxmaq istəyirdi”.
Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi. Amma “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirir. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başlayır. Özü də tələsərək... Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı.
1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Lakin elə oradaca vəziyyəti pisləşir. Mərhum aktyoru evinə aparırlar. Təcili tibbi yardım çağırılsa da, C.Mirzəyev dünyasını dəyişib. Beləcə İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad”la bitir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

