Ankarada Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub
10.10.2024 [15:29]
Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türk Kültürünü Araştırma İnstitutu və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada Beynəlxalq Füzuli Simpoziumu davam edir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq simpozium çərçivəsində iştirakçılar və qonaqlar üçün Qazi Universitetinin konsert zalında Azərbaycan Mədəniyyət Mərkəzinin Məhəmməd Füzuliyə həsr etdiyi ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını, bununla əlaqədər həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi şairlə bağlı tədbirlərin keçirildiyini bildirib. O, Məhəmməd Füzulini anadilli poeziyanın mükəmməl nümunələrini yaratdığını, Azərbaycan bədii dilini, mədəniyyətini, incəsənətini daha da zənginləşdirdiyini, muğam sənətini isə Füzulisiz təsəvür etməyin qeyri-mümkün olduğunu söyləyib. AMEA rəhbəri Məhəmməd Füzuliyə həsr olunmuş konsert proqramını yüksək qiymətləndirib, tədbirin dahi şairin yaradıcılığının tanıdılması istiqamətində əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Beynəlxalq Muğam Mərkəzinin solisti, VI Muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli Məhəmməd Füzuliyə həsr olunmuş musiqilər ifa edib. “TRT Türkü” radio kanalının “Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər isə dahi şairin əsərlərindən şeirlər səsləndirib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

