İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri “Planet ilə söhbət” sərgisinin açılışı olub
16.11.2024 [17:43]
Şirvanşahlar Sarayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Planet ilə söhbət” adlı ekoyaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Bakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə hazırlanan sərginin əsas məqsədi insanların təbiət qarşısında olan məsuliyyətini nəzərə çatdırmaqdır.
Sərgidə 8-11 yaşlı uşaqların əl işləri nümayiş olunur. Həmin əsərlər vasitəsilə uşaqların təbiətə olan sevgisi və qayğısı, eləcə də Yer kürəsinin ekoloji problemləri özünəməxsus şəkildə ifadə olunur. Sərginin “Mənim xoşbəxt dünyam” adlı bölməsində gənc yaradıcılardan hər biri, təbiətdə baş verən dəyişikliklərə və ekoloji böhrana dair öz baxışlarını fərqli formalarla təqdim edir.
Açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, Milli Məclisin sədr müavini Musa Qasımlı, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova belə tədbirlərin uşaqların ekoloji şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Sərginin tamaşaçıları Şirvanşahlar Sarayının girişində yerləşən “Sülh Ağacı” instalyasiyası ilə qarşılanır. Burada nümayiş olunan əsərlər təbiətlə harmoniya içində yaşamağı, gələcək nəsillərə təmiz və sağlam bir dünya haqqında fəlsəfi düşüncələri təcəssüm etdirir.
“Planet ilə söhbət” sərgisi noyabrın 30-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

