Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

Yaponiyada Qara Qarayevin fortepiano əsərləri çap olunub

27.11.2024 [17:32]

Yaponiyada Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərinin çapı layihəsi çərçivəsində növbəti not kitabı buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq bəstəkarın fortepiano üçün əsərləri gündoğar ölkədə işıq üzü görüb.

“Zen-On” musiqi nəşriyyatı tərəfindən nəşr olunan əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib.

Artıq mağazalara satışa verilən kitabın 2025-ci ildə təqdimatının, həmçinin konsert proqramının keçirilməsi, Qara Qarayev musiqisi haqqında mühazirələrin, açıq dərslərin və digər bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasından ibarət iki not kitabı yapon musiqisevərlərin ixtiyarına verilib.

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30