London dünyanın ən yaxşı şəhəri elan edilib
28.11.2024 [10:47]
Artıq onuncu ildir ki, London “Resonance Consultancy” nəşri tərəfindən dərc edilən “Dünyanın ən yaxşı şəhərləri” hesabatında birinci yeri tutur. Bu illik qiymətləndirmə üç əsas sütuna bölünən 24 amil əsasında əhalisi bir milyondan çox olan 100 qlobal şəhəri qiymətləndirir. Bu meyarlar yaşayış şəraiti, gözəllik və rifahdır.
AZƏRTAC “Resonance Consultancy” nəşrinə istinadla xəbər verir ki, ikinci və üçüncü yerləri müvafiq olaraq Nyu-York və Paris tutur. Dördüncü və beşinci yerlərdə qərarlaşan Tokio və Sinqapur qabaqcıl infrastruktur və innovasiyaları nümayiş etdirərək Asiyanın ən güclü şəhərləri kimi meydana çıxır. Sonrakı yerləri tutan Roma və Madrid tarix və müasirliyin vəhdəti ilə diqqəti cəlb edib. İlk onluğu Barselona, Berlin və Sidney tamamlayıb.
Hesabatda deyilir: “Londonun güclü ruhu və bənzərsiz qlobal cazibəsi illik reytinqin zirvəsindəki yerini möhkəmləndirib. Bu, gecə həyatı və muzeylərdən tutmuş “Instagram” həştaqlarına qədər 28 alt kateqoriyadan yeddisində birinci yeri tutan yeganə şəhərdir.”
Rifah baxımından birinci yerdə olan Nyu-York iqtisadi gücü və mədəni dirçəlişi ilə fərqlənir. Hesabatda qeyd edilir ki, “rekord səviyyədə daşınmaz əmlak qiymətləri və həm ziyarətçilərin, həm də yeni sakinlərin axını ilə dəstəklənən yeni şoular, otellər, mədəni məkanlar və transformativ inkişaflar qasırğası” bu şəhərin xüsusi cəhətləridir.
Paris mədəni cazibəsini, inkişaf edən ekosistemini və möhkəm iqtisadiyyatını əks etdirən bənzərsiz xüsusiyyəti ilə seçilir. Hesabatda qeyd olunur: “Parisdən nəhs edərkən, çox vaxt bu şəhərin iqtisadi gücü unudulur. Bu, planetin üçüncü “Qlobal Fortune 500” qərargahına və sürətlə inkişaf edən startaplara malik olan yerdir.
Reytinq, həmçinin qitələr üzrə əsas liderləri vurğulayır: Avropada London, Asiyada Tokio və Sinqapur, Şimali Amerikada Nyu-York və Los-Anceles, Okeaniyada Sidney, Yaxın Şərqdə Dubay, Afrikada Keyptaun və Cənubi Amerikada San-Paulo lider şəhərlər elan edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

