Tarın tellərində köklənən ömür...
12.02.2025 [08:57]
Bəhram Mansurovun anadan olmasından 114 il ötür
Misilsiz bədii dəyəri, böyük imkanları, düşünülmüş və kamil əlaqələndirilmiş normaları olan muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini dərk edib qiymətləndirmək üçün respublikanın Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı öz həqiqi ləyaqətində səsləndirməyin kamil nümunəsidir...
Bu gün görkəmli tarzənin anadan olmasından 114 il ötür. Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb. İlk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb.
Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. 1931-ci ildə isə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə xalq musiqi alətlərinin ilk notlu orkestrinə dəvət olunub. Bir müddət keçdikdən sonra Maqomayevin təklifi ilə Bəhramı Radio Komitəsində birinci dərəcəli tar ifaçısı kimi işə götürülüb.
İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olub. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər. O vaxtdan UNESCO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq etməyə başlayırlar. Bu təşkilatın xətti ilə Bəhramın ifasında 2 val buraxılır.
Bəstəkar Fikrət Əmirovla çox yaxın dost olublar. UNESCO-nun siyahısına düşmə xəbərini də Bəhram müəllimə ilk dəfə Firkət Əmirov xəbər verib.
“O, olmasın, bu olsun” filmindəki toy səhnəsindəki tarzən rolunu Bəhram Mansurov canlandırıb. Filmdə o, böyük muğam ustadı Xan Şuşinskini müşayiət edib.
Deyilənə görə Bəhram Mansurovun adı sağlığında bir neçə dəfə fəxri ad siyahısından çıxarılıb. Bu səbəbdən də bir neçə dəfə infarkt da keçirib. Oğlu, bəstəkar Eldar Mansurov müsahibələrinin birində bu məsələyə toxunaraq deyir: “Atam bu kimi məsələlərin fikrini çəkən adam olmayıb. Düzdür, xoşagəlməz hal idi. Təsəvvür edin ki, 1956-cı ildə ona əməkdar artist, 1978-ci ildə, iyirimi iki ildən sonra isə xalq artisti adı verilib. Atamın bütün tələbələri xalq artisti olmuşdu, o isə yox. Yəni müəyyən adamlar vardı ki, onu vururdular, ad almasına imkan vermirdilər. Adamlar vardı ki, atama doğurdan da yaxşılıq etmək istəyirdilər, adların siyahısı açıqlanan gündən bir gün əvvəl zəng vurub xəbər edirdilər ki, sabah adın siyahıda çıxacaq. Səhəri gün atam qəzeti alırdı, görürdü ki, adı siyahıda yoxdur”.
Ölümündən iki həftə əvvəl həkimlər ona təcili əməliyyat təyin ediblər. Evindən son dəfə çıxanda qayıdıb yarım saat tar çalıb. Sonra tarını divardan asaraq deyib: “İllərin dostu, bir də səninlə iki həftədən sonra görüşəcəyik”. Lakin Bəhram Mansurov əməliyyatdan sağ çıxsa da, sonradan vəziyyəti pisləşir və 1985-ci il mayın 14-də dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci ildə Xalq artistinin anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.
Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

