/ / Bakıda Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” sərgisi açılıb
Bakıda Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” sərgisi açılıb
20.09.2013 [10:48]
Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” (“Ev, doğma ev”) sərgisi açılıb.
AzərTAc xəbər verir ki, mərasimdə “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən birgə hazırlanmış bu sərgi ilk dəfə bu ilin yazında Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilib. “Home, sweet home” sərgisi çərçivəsində nümayiş olunan müasir Azərbaycan incəsənətinin nüsxələri Avropa tamaşaçısının zövqünü oxşayıb. Hazırda həmin, lakin müəyyən dəyişikliklərə uğramış və əlavə eksponatları əhatə edən sərgi Bakıda təşkil olunur.
Diqqətə çatdırılıb ki, sərgidə “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işləri nümayiş etdirilir. Sərgidə işləri nümayiş olunan 15 müəllifin hamısı özünəməxsus tərzdə “ailə ocağı” mövzusu üzərində dərindən düşünərək və qismən könüllərinə əziz olan mühafizəkar fikirləri yada salaraq “evin” yeni surətini icad etməyə çalışır. Onların diqqətini sadə və vərdiş etdikləri, həqiqətən mövcud olan və xəyali obyektlər cəlb edir.
Sərgi eksponatları sırasında Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov, Ramal Kazımov, Aida Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov tərəfindən yaradılmış əsərlər var.
Ev-sabitlik adasıdır, böyük və bədxah dünyanın məşəqqətindən gizlənə biləcəyimiz bir məkandır. Məhz burada biz işimiz və yaradıcılığımız üçün tələb olunan gücü toplayırıq, məhz bu məkana biz yorğun halda qayıdaraq, öz sevincimiz və nailiyyətlərimiz haqqında xəbərlə bölüşürük. Ev sanki planetlərlə (əşyalarla) dolu Kainata bənzəyir və bu Kainatda olan hər bir əşya yaşanmış çətinliklərin və sevinc məqamlarının xatirəsini qoruyur...
...Bu məkanın hər bir qarışı bizə tanışdır və məxsusi duyğularla bağlıdır. Evdə mövcud olan emosional mühitdən bizim insanlara xeyir və ahəng bəxş etmək qabiliyyətimiz, eləcə də bizim özümüzün və yeni nəsillərin gələcəyi asılıdır. Yalnız böyüdükdən sonra biz dərk edirik ki, təməli uşaqlıqda qoyulan nizam bizi hələ də idarə edir, gənclik zamanı yaşadığımız evin əks-sədası hələ də eşidilməkdədir. Bu məfhumun vacibliyi daimidir, hərçənd onu şərtləndirən bir çox sosial amil son onilliklərdə dəyişikliklərə məruz qalıb.
Ailə ocağının və qadının, başqa sözlə, evin xanımının surətləri həmahəngdir. Ailə bağlarının ənənəvi olaraq güclü olduğu Qafqazda, “evdar qadın” obrazı uzun zamandır ki, qadına məxsus fədakarlıq simvolundan daha çox füsunkar sabitlik və nizam mücəssəməsi kimi qəbul edilməkdədir. Lakin sürətlə qloballaşan dünyada ailə və cəmiyyətlə bağlı gender stereotipləri tanınmayacaq dərəcədə dəyişilir.
Qadının vərdiş etdiyi roldan imtina etməsi, görəsən, hansı nəticələrə gətirib çıxaracaq? Bu proses ailənin təməl dəyərlərinin məhv olmasının səbəbidir, yoxsa sadəcə cəmiyyətimizin təkamül inkişafının yeni mərhələsidir?
Maddi dünya da dəyişikliklərə uğrayıb. Zamanlar və nəsillər arasında əlaqələri qoruyub saxlayan miras qalmış əşyalar tədricən əhəmiyyətini itirir. Modaya uyğun tərtib edilmiş otaqlar “babadan qalan kreslodan” və ya “nənədən qalan əntiq servizdən” daha vacib sayılır. Sentimental, sadəlövh-romantik üslub artıq tədricən keçmişdə qalmaqdadır, onun yerində isə funksional, erqonomik dizayn bərqərar olur. Maraqlıdır, bunun nəticəsində ev öz “hərarətini” itirəcəkmi, yoxsa baş verən hadisələr sadəcə rahatlıq və münasibliyin zəruri dəyəridir?
Sərgi oktyabrın 10-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

