“Hüseyn Cavid. Əsərləri” (İlk Türkiyə nəşri 2013) kitabının təqdimat mərasimi keçirilib
16.11.2013 [10:06]
Nəşr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü ilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında işıq üzü görüb
Dünən Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü ilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunan “Hüseyn Cavid. Əsərləri” (İlk Türkiyə nəşri 2013) kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Hüseyn Cavid yaradıcılığı Azərbaycan poeziyasında zirvədir: “Romantik Azərbaycan şeirinin yaradıcısı sayılan Hüseyn Cavid bir ustad, bir mürşid kimi poeziyamızda özünə məxsus iz salıb. Onun saldığı izdən kimlər keçməyib ki? Bütün Türk dünyasını əhatə edən bu yaradıcılıq dühası Naxçıvandan başlayıb bir müddət İstanbulda, daha sonra isə Bakıda davam edən həyat yolundakı çətin sınaqlara baxmayaraq, silinmədi, itmədi və yeri gələndə qadağalara baxmayaraq, xalqın yaddaşında yaşadı və gəlib bu günlərə çıxdı.
Onun ilk kitabı 1913-cü ildə çap olunub. 100 ildən sonra Cavidin bu kitabı onun nəşrlərinin arasında möhtəşəm yerə malikdir. Türkiyədə çap olunan kitabda onun əsərləri öz əksini tapıb. Burada 9 dram əsəri yer alıb. Və bu kitabda bir maraqlı cəhət də ondan ibarətdir ki, Hüseyn Cavidi tədqiq edən və bu kitabı Türkiyədə hazırlayan Azər Turanın uyğulamasında Cavidin dramları, şeirləri olduqca maraqlı və səlis alınıb”.
Millət vəkili daha sonra bildirib ki, kitab Hüseyn Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir: “Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Bu nəşr Hüseyn Cavidin yaradıcılığının daha dərindən öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir”.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Kamran Əliyev qeyd edib ki, bu nəşr fürsət verir ki, biz yenidən Hüseyn Cavidi araşdıraq.
Onun sözlərinə görə, yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur: “Həm taleyi, həm də yaradıcılığı təlatümlü olan şair - dramaturq Hüseyn Cavidi zaman olub ki, qadağan ediblər. Adını belə kimsə dilinə almağa qorxub. Amma bir zaman sonra əsərləri çap olunub. Ayrıca cavidşünaslıq elmi formalaşıb. Hətta bu yaxınlarda Hüseyn Cavidin ev muzeyi cavidşünasların yazdığı məqalələrdən ibarət olan doqquzcildlik kitablar seriyası çap etdirib. Bu nə deməkdir? Bu, o deməkdir ki, Hüseyn Cavid haqqında nə qədər yazılsa yenə də azdır”.
Cavidşünas-alim Kamran Əliyev qardaş ölkədə işıq üzü görən bu kitaba görə əməyi keçən hər kəsə cavidşünaslar adından öz təşəkkürünü bildirib.
Sonra çıxış edən “Kaspi” qəzetinin təsisçisi, Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva bildirib ki, Cavidin irfan adamı olması doğuşdan taleyinə kodla şifrələnib.
“Onun yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra təsadüflərə şübhə etməyə başladım. Onun dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Allahın yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. H.Cavidin İstanbula gəlməsi və təhsil alması isə onun dünyagörüşündə mühüm rol oynadı” – deyə, Sona Vəliyeva bildirib.
O əlavə edib ki, Ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltdı və bu, Hüseyn Cavidə olan məhəbbətin, ehtiramın göstəricisi idi: “Hər adama məqbərə ucaltmırlar. Demək ki, Hüseyn Cavid öz yaşadığı həyatla bu adı qazanıb”.
S.Vəliyeva deyib ki, bu gün Hüseyn Cavid yaradıcılığına qayıtmamaq mümkünsüzdür, çünki, Hüseyn Cavid məfkurəsi əbədidir, çünki o, millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasını əsas götürdü: “Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır”.
Sona Vəliyeva bu kitabın Hüseyn Cavid yaradıcılığının daha geniş tədqiq edilməsində böyük rola malik olacağını bildirib və bu işdə onlara yardımçı olan hər kəsə öz dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Cavidin bütün həyatı boyu yazdıqlarında ancaq bir amalla çırpındığını bildirib. O qeyd edib ki, dahi mütəfəkkir özünün məfkurə davasını insanların beyninə, milli zehniyyətinə ancaq bir yolla aşılamaq istəyirdi:
“Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Cavid yaradıcılığı və düşüncə sistemi ilə məhz bu ideyaya xidmət edirdi. Milli-mənəvi məfkurə tariximizi vərəqlədikcə kədərli bir ömrün acı taleyi adamın varlığında tufanlar oyadır. Rəzalətlərin hökm sürdüyü bir dövrdə ümidsizlik, bədbinlik öz qəzəbli hökmranlığının hədsizliyində hayqıran vaxtlarda Cavid yaradıcılığı öz saflığı ilə zülmətə işıq saçırdı. Xəbislərin beyni dumanlanır, cavidsevərlərin könlü açılırdı. Böyük Cavidin amallarını “uf” demədən doğrayan 1937-ci ilin iti tiyələri o dövrün bir çox ziyalılarının taleyinə sancılaraq işıqlı arzularına son qoydu. Xanımanları dağıdılan, ailə üzvləri ilə isti ocaqlarından didərgin düşən, minbir əzaba, qəfil qəzaya tuşlananlardan biri də Cavid oldu. İndi isə Cavidin əsərləri İstanbulda nəşr olunur. Bu, böyük hadisədir”.
Daha sonra kitabla bağlı fikir mübadiləsi aparılıb. Çıxış edənlər belə bir kitabın qardaş ölkədə nəşrinin əhəmiyyətini xüsusi vurğulayıb və bu işin təşkilatçılarına minnətdarlıq ediblər.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31

