/ / Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir
Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir
25.08.2026 [16:15]
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri rəsmi Bakının Türk dünyası ilə əlaqələrə verdiyi əhəmiyyətin parlaq göstəricisi oldu. Azərbaycan lideri dəfələrlə “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” deyə bəyan edib ki, bu da türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyaya strateji məzmun qazandırıb.
Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri dünya ictimaiyyətinin xüsusi diqqətini sürətlə inkişaf edən Özbəkistana yönəldib.
“Prezident Şavkat Mirziyoyevin siyasəti sayəsində respublika dünyaya açıldı, qonşuları və Türk dünyası ilə əlaqələrini möhkəmləndirdi, regional və qlobal proseslərdə daha fəal iştirak etməyə başladı”, – deyə türkiyəli sabiq diplomat qeyd edib. O bildirib ki, Azərbaycan üçün Özbəkistan sadəcə sıx tarixi və mədəni bağların olduğu ölkə deyil, həm də son dərəcə mühüm siyasi və iqtisadi tərəfdaşdır.
İctimai Birliyin nümayəndəsi vurğulayıb ki, hazırda Bakı ilə Daşkəndi strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri birləşdirir. Bunun əyani göstəriciləri konkret layihələr, qarşılıqlı ticarətin artan həcmi, yeni investisiyalar, regionlararası əməkdaşlıq, biznes dairələri arasında qarşılıqlı əlaqələr və nəqliyyat təşəbbüsləridir.
H.Kılıç qeyd edib ki, Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri ikitərəfli münasibətlərdəki müsbət tendensiyanı təsdiqləməklə yanaşı, müttəfiqliyin gələcək istiqamətlərini də müəyyənləşdirib. “İki ölkə liderlərinin müzakirələri, yeni sazişlər, eləcə də iqtisadi və humanitar layihələr Bakının və Daşkəndin əməkdaşlığın daha da inkişaf etdirilməsinə nə dərəcədə ciddi kökləndiyini nümayiş etdirir”, – deyə sabiq səfir bildirib.
H.Kılıçın fikrincə, Bakı ilə Daşkənd arasında gələcək əməkdaşlıq üçün nəqliyyat və logistika sahələri xüsusi əhəmiyyət daşıyır: “Dövlətlərin coğrafi mövqeyi dünya siyasəti və iqtisadiyyatının ən mühüm amillərindən biri olaraq qalır. Azərbaycan Cənubi Qafqazda strateji mövqeyə malikdir, Özbəkistan isə Mərkəzi Asiyanın əsas mərkəzlərindən biridir. İki ölkənin imkanlarının birləşdirilməsi bir neçə il əvvəl qeyri-real görünən genişmiqyaslı perspektivlər açır”.
Türkiyənin Azərbaycan və Özbəkistan arasındakı dialoqa münasibətinə toxunan Türkiyənin sabiq səfiri bildirib ki, Ankara Türk dünyasında əməkdaşlıq və inteqrasiyanı xarici siyasətinin prioritetlərindən biri hesab edir. “Türkiyə hər zaman Azərbaycanın yanında olub və Özbəkistanla münasibətlərə əhəmiyyət verib. Bu istiqamətlərə üstünlük verilməsi Ankaranın qarşısında tamamilə yeni imkanlar açır. Bakı ilə Daşkənd arasındakı dialoqda yaranan yeni dinamika, şübhəsiz ki, bütün Türk dünyasının maraqlarına cavab verir”, – deyə o əminliklə bildirib.
H.Kılıç əlavə edib ki, Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli formatı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımlar atmağa yönəlmiş mühüm mexanizmə çevrilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26

