Çin mədəniyyətində göl obrazı: fəlsəfə, poeziya və rəssamlığın vəhdəti
25.08.2026 [16:10]
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun yay onlayn lektoriya fəaliyyəti çərçivəsində Ümumdünya Göllər Gününə həsr olunmuş “Çindəki məşhur göllərin mədəni əhəmiyyəti” mövzusunda mühazirə təşkil olunub. Mühazirə institutun direktoru Rafiq Abbasovun təşəbbüsü ilə baş tutub.
Dillər Universitetindən AZƏRTAC-a bildiirlib ki, mühazirədə Çin mədəniyyətində göl obrazının fəlsəfi, ədəbi və estetik əhəmiyyətindən bəhs olunub. İnstitut direktoru bildirib ki, Çin fəlsəfəsində, poeziyasında və rəssamlığında xüsusi yer tutan göl obrazı “Yin” – sülh, qadınlıq başlanğıcı və düşüncə anlayışlarını təcəssüm etdirir. “Dağlar və sular” janrında isə göl insanla təbiət arasındakı əlaqəni və Kainatın fəlsəfi harmoniyasını simvolizə edir. Mühazirədə Çinin məşhur göllərinin tarixi və mədəni irsdə rolu geniş şəkildə təqdim edilib. O, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Xihu gölünün tarixi-mədəni əhəmiyyətindən danışıb. Gölün mənzərələri, lotus və osmantus çiçəkləri, eləcə də ətraf ərazilərdə yerləşən tarixi məkanlar Tan və Sun sülalələrinin məşhur şairlərinin yaradıcılığında mühüm yer tutub. Mühazirə zamanı Xihu gölü ilə bağlı əfsanələrə, onunla əlaqəli tarixi şəxsiyyətlərə və milli qəhrəmanlara da diqqət çəkilib. Göl ətrafındakı məbədlər, körpülər və bağlarla birlikdə formalaşan “Xihu gölünün ən yaxşı on mənzərəsi” ənənəvi Çin mədəniyyətinin mühüm nümunələri kimi təqdim olunub.
Rafiq Abbasov, həmçinin Qu Yuanın xatirəsinə həsr olunan Əjdaha Qayıqları Festivalı ilə bağlı əfsanələri özündə yaşadan Duntin gölü, daoist ənənələrdə mühüm yer tutan Junşan adası, eləcə də Xiao və Xiang çaylarının Duntin gölünə qovuşduğu ərazinin mədəni və bədii əhəmiyyəti barədə məlumat verib. Bu məkanların Çin poeziyası və klassik rəssamlığında geniş əks olunduğu vurğulanıb. Mühazirədə Tibet buddistləri üçün müqəddəs sayılan Çinghay gölünün yaranması ilə bağlı əfsanələr, Buddanın zühuru haqqında rəvayətlər və Xan sülaləsi dövrünə gedib çıxan su ruhuna sitayiş ənənələri də diqqətə çatdırılıb. Çinin məşhur Tayhu gölü haqqında danışan Rafiq Abbasov onun Çin şairlərinin yaradıcılığında əks olunması ilə yanaşı, Böyük Kanalla əlaqəsi, burada yetişdirilən məşhur “Bi Lo Çun” yaşıl çayı və ənənəvi Çin bağçılığında xüsusi əhəmiyyət daşıyan “Tayhu daşları” ilə tanındığını bildirib. Bu daşların əsrlərboyu imperator saraylarının və parklarının bəzədilməsində istifadə edildiyi qeyd olunub.
Mühazirə iştirakçılara Çin göllərinin yalnız təbii sərvət deyil, həm də ölkənin fəlsəfi dünyagörüşünü, ədəbi irsini, incəsənətini, dini inanclarını və tarixi yaddaşını özündə birləşdirən mühüm mədəni irs nümunələri olduğunu göstərib. Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun təşkil etdiyi yay onlayn lektoriya Çin dili və mədəniyyətinin müxtəlif aspektlərinin öyrənilməsinə, eləcə də Azərbaycan və Çin arasında mədəni-humanitar əlaqələrin inkişafına töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

