/ / “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfransda media nümayəndələri mükafatlandırılıb
“Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfransda media nümayəndələri mükafatlandırılıb
11.07.2015 [11:02]
İyulun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən təşkil edilib.
Konfransın iştirakçıları əvvəlcə milli mətbuatımızın 140 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransı açaraq bildirib ki, ölkəmizin hər yerində milli mətbuatımızın 140 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olan “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışan nazir jurnalistləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev milli mətbuatımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Konfransın mövzusunun çox aktual olduğunu vurğulayan Ə.Mehdiyev deyib: “Milli mənəvi dəyərlərin qorunması və təbliği mətbuatımızın prioritet vəzifələrindən biri olub. Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və indi də belədir”.
Ərəstun Mehdiyev bildirib ki, bu gün müzakirə etdiyimiz mövzu həmişə aktual olub. Ancaq indi daha da aktualdır. Çünki müasir dünyanı qlobal informasiya məkanı birləşdirir. Qloballaşma dalğası özü ilə həm müsbət, həm də mənfi dəyərləri gətirir. Müsbəti mənfidən fərqləndirmək, milli dəyərlərin aşınmasına yol verməmək, mədəni müxtəlifliyin əhəmiyyətini düzgün qiymətləndirmək bu gün həmişəkindən daha aktualdır. Dünya gözlərimiz önündə dəyişir, ancaq o heç də bizim istədiyimiz kimi dəyişmir. Bu məsələdə mətbuatın üzərinə mühüm vəzifələr düşür. Mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, müasir müstəqil ölkəmizin son illərdə əldə etdiyi uğurları daha geniş coğrafiyada təbliğ və təşviq etməlidir.
Prezident Administrasiyasının rəsmisi deyib: “Bu gün biz müharibə şəraitində yaşayırıq. Belə şəraitdə həmrəyliyimizin, tolerantlığımızın daha möhkəm olmasına, gənclərin milli ruhda böyüməsinə xüsusi diqqət yetirməliyik. Bu məsələlər bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə də öncül yer tutur. Biz milli mənəvi dəyərlərimizi yad amillərdən qorumalıyıq. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Bu məsələlərdə mətbuatımız həmrəy olmalı, peşəkarlıq nümayiş etdirməlidir”.
Şöbə müdirinin müavini bildirib ki, bu gün müzakirə etdiyimiz məsələlərlə bağlı bir çox aspektlərə diqqət yetirilməlidir. Əminəm ki, Azərbaycan mətbuatı bu vəzifələrin öhdəsindən layiqincə gələcək, öz missiyasını bundan sonra da uğurla davam etdirəcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirib. Vurğulayıb ki, Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu ənənənin əsası Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi müvafiq Fərmanla qoyulub.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fond tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, ötən yubiley tədbirlərində olduğu kimi, bu günlərdə də dövlətimizin başçısının müvafiq Sərəncamı ilə milli mətbuatımızın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adlar veriləcək.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Məruzələrdə mətbuatımızın keçdiyi tarixi inkişaf yolu, milli mənəvi dəyərlərimizin qorunması və təbliğində medianın rolu, müasir dövrdə jurnalistlərin qarşısında duran əsas vəzifələrdən bəhs olunub.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə və Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə bir qrup jurnalistin də əməyi qiymətləndirilərək mükafatlar təqdim edilib. Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

