Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Qəbələdə keçirilən kamera musiqisi konsertində Azərbaycan və alman bəstəkarlarının əsərləri səsləndirilib

Qəbələdə keçirilən kamera musiqisi konsertində Azərbaycan və alman bəstəkarlarının əsərləri səsləndirilib

29.07.2015 [09:51]

Qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. Səkkiz ölkədən bədii kollektivlərin, solistlərin və dirijorların iştirak etdikləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində səhnəyə dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da çıxırlar.
AZƏRTAC xəbər verir ki, tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan festivalın proqramına uyğun olaraq iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera musiqisi konserti keçirilib.
Əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər - Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano), Kənan Mailovun (skripka), Asim Xəlilovun (violençel) iştirak etdikləri konsertdə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın simli kvartet, fortepiano, soprano, qoboy və balaban üçün yazdığı “Xəyallarımdakı şəhər”, “7 çinar” və “Yaz mahnısı”, eləcə də məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.

 
Paylaş:
Baxılıb: 1152 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31