Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın fərdi sərgisi açılıb
17.11.2015 [10:15]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edib
Noyabrın 13-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, görkəmli elm, incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə deyib ki, belə bir gözəl məkanda Aida Mahmudovanın sərgisində sizin hamınızı salamlamaq mənim üçün böyük şərəfdir. Bu məkan Azərbaycanın XX əsr incəsənətindən XXI əsr incəsənətinə atılan uğurlu bir körpüdür.
Aida Mahmudovanın adı müasir tarixə YARAT! hərəkatının rəmzi kimi düşüb. O, istedadlı gəncləri öz ətrafında birləşdirə bilib. F.Abdullazadə deyib: “Gəncləri öz ətrafına toplamaqla o, bizim incəsənətimizdə dönüş yaratdı”. Bu gün Azərbaycan incəsənəti Venesiya Biennalesində təmsil olunur, rəssamlarımızın əsərləri Avropanın ən yaxşı sərgi salonlarında nümayiş etdirilir, dünya rəssamlarının iştirakı ilə layihələr həyata keçirilir. Bu, ilk növbədə A.Mahmudovanın xidmətidir. Eyni zamanda o, orijinal yaradıcılıq keyfiyyətlərinə sadiq qalır, hər sərgisi ilə sevindirir və heyran qoyur.
Rəssamın hər bir sərgisi kimi bu ekspozisiyasının da insanlara sevinc bəxş etdiyini vurğulayan F.Abdullazadə gənc rəssama yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə çıxış edərək deyib ki, Aida Mahmudovanın bu sərgisi sadəcə sənət əsərlərinin nümayişi deyil. Bu, həqiqətən böyük bir mədəni hadisədir. Çünki burada tamamilə yeni, əvvəllər bizə məlum olmayan, vərdiş etmədiyimiz məkan hissi ilə qarşılaşırıq.
A.Salamzadə bu sərginin Azərbaycanın ən müasir sərgi məkanı olan Müasir İncəsənət Muzeyində keçirilməsinin də simvolik məna daşıdığını qeyd edib. “Aida Mahmudovanın əsərlərindəki məkan hissi məhz kəskin müasirlik hissinin təzahürüdür”, - deyən Memarlıq İnstitutunun direktoru bildirib: “Əgər sual yaransa ki, müasir Azərbaycan incəsənətinin siması necədir, kimlər və onu hansı əsərləri ilə təmsil edir, sözsüz ki, Aida Mahmudovanın və onun YARAT! adlı təşkilatında topladığı istedadlı rəssamların adlarını çəkərik”.
Sərgiyə gələnləri salamlayan Aida Mahmudova ekspozisiyanın konsepsiyası haqqında məlumat verib. O bildirib ki, bu gün mən çox xoşbəxtəm. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır. Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir. Hamınıza gözəl axşam arzu edirəm.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Rəssam bu sərgisində botanika bağının gözəlliklərini nümayiş etdirib. Burada istənilən insan özünü itirə və ya tapa bilər. Real olmayan bu yer ilham mənbəyi kimi də çıxış edir. Rəssamın əsərlərində insan duyğuları öz əksini tapıb.
Onun əsərlərinin ünvanı xatirələr və nostaljidir. Azərbaycanın memarlığı və landşaftından ilham alaraq, Aida Mahmudova instalyasiya, heykəl və rəngkarlıq sahələrində işləyir, gündən-günə müasirləşən ölkəmizin unudulmuş və uzaq guşələrini öz əsərlərində əks etdirir. Rəssamın əsərlərinin mahiyyətini instalyasiyada formalaşmış memarlıq xüsusiyyətləri, o cümlədən Bakının kənarında kimsəsiz yerlər təşkil edir. Bu vasitələrlə yaddaşda zamanın məqamını axtaran rəssamın əsərləri daimi dəyişkənlik təcrübəsinə qarşı çıxır, lakin bununla bərabər dəyişməyən detalları da əks etdirir.
Aida Mahmudovanın “Elysium” sərgisi dekabrın 13-dək davam edəcək.
Qeyd edək ki, rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aida Mahmudovanın “Recycled” kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri “Here Today” (Old Sorting Office, London), “Sevir-sevmir” (“Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi), “Bakıya uçuş” (“Fly To Baku”, London, Paris, Berlin, Moskva, Roma), “Birləşən körpülər” (“Merging Bridges”, Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.
Aida Mahmudova 2011-ci ildən YARAT! Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT! Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT! “Odla suyun birliyi” (“The Union of Fire and Water”) layihəsini təqdim edib. Bu il mayın 28-də rəssamın Nyu-Yorkda “Ötüb keçərkən...” adlı sərgisi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

