Bakıda ISESCO İcraiyyə Şurasının 36-cı iclası keçirilir
24.11.2015 [10:16]
Noyabrın 23-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın ISESCO ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyəyə çatıb.
2006-cı ildən etibarən ISESCO-nun xətti ilə ölkəmizdə keçirilən tədbirlər barədə məlumat verən Ə.Qarayev deyib ki, birgə fəaliyyət gələcəkdə də davam etdiriləcək. Nazir Bakı və Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar qurumun rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, “Bakı prosesi” çərçivəsində keçirilən silsilə tədbirlər artıq İslam dünyasının mədəniyyət, elm və təhsil səviyyəsini dünya miqyasında sübut etməyə imkan verir.
Azərbaycanın əsas, ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən Ə.Qarayev ölkəmizin haqq işini birmənalı olaraq dəstəklədiyinə görə ISESCO rəhbərliyinə təşəkkür edib.
Qeyd olunub ki, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. ISESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyinə əminliyini bildirən nazir onu da deyib ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının gələcəyi naminə mühüm tədbir olacaq.
Yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkür edən ISESCO İcraiyyə Şurasının sədri Bubakar Dukure iclasda iştirak etməkdən qürur duyduğunu bildirib, təşkilatın ötən müddət ərzindəki fəaliyyətindən danışıb. Məlumat verilib ki, iclasda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacaq. İclasda ötən üç il üçün nəzərdə tutulmuş planın icrası müzakirə ediləcək və qarşıdakı illər üçün fəaliyyət planı təsdiqlənəcək.
“Biz böyük dövlətlərin müsəlman ölkələrinə müdaxiləsi nəticəsində yaranan problemləri nəzərdən keçirməliyik. Təşkilatımız regional, habelə beynəlxalq prosesləri yaxından izləyir və biz üzərimizə düşən vəzifəni dərk edirik. Elə etməliyik ki, İslam mədəniyyətini, incəsənətini, dəyərlərini qoruyub saxlaya bilək. Biz islam dünyasının inkişafı naminə daha çox işlər görməliyik. ISESCO fəaliyyətinin miqyasını genişləndirmək istəyir və bunun üçün əlverişli imkanlar mövcuddur”, - deyə Bubakar Dukure qeyd edib.
İclasda çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumla Azərbaycan arasında məhsuldar əməkdaşlıq əlaqələri təşəkkül tapıb. Prezident İlham Əliyevin dəstəyi ilə ISESCO Bakıda mühüm tədbirlər keçirib. Baş direktor buna görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Təşkilatın üçillik fəaliyyətinə dair hesabatlar hazırlandığını deyən Əbdüləziz bin Osman əl-Tuveycri iclasda yeni tədbirlər planının qəbul olunacağına əminliyini ifadə edib.
Baş direktor deyib: “Son 10 ildə Azərbaycanda ISESCO-nun xətti ilə beş tədbir keçirilib. Baş konfransın belə gözəl ölkədə təşkil olunması təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisidir. Bizim mövqelərimiz güclənib və onu bundan sonra daha da gücləndirməliyik. İcraiyyə Şurasının iclası üçillik fəaliyyətin yekunudur və 2016-2018-ci illər üçün yeni tədbirlər planına yol açır. Bu iclasda büdcə məsələlərini də nəzərdən keçirəcəyik. Biz artıq yeni mərhələnin başlanğıcındayıq. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. Biz İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib inkişafa nail olmalıyıq”.
Əbdüləziz bin Osman əl-Tuveycri müsəlman aləmində baş verən silahlı münaqişələrdən narahat olduğunu diqqətə çatdırıb: “Elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarına təşkilatımızın resurslarından istifadə etməyə şərait yaratmalıyıq. Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bu, terrorçuluğun aradan qaldırılması üçün zəruridir. Qərb mətbuatının İslam sivilizasiyası haqqında yaydığı səhv məlumatların və yanlış təbliğatın qarşısını almalıyıq. Təəssüf ki, müsəlman təşkilatların səsi beynəlxalq aləmdə o qədər də eşidilmir. Biz sivilizasiya modelimizi düzgün şəkildə nümayiş etdirməli və göstərməliyik ki, İslam sülh, bilik, mədəniyyət və təhsil dinidir. Gələcəkdə medianın bu sahədə oynadığı rola diqqət etməliyik. ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”.
İclas işini sessiyalarla davam etdirir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

